Yay allergiyasından qorunmaq üçün 8 QIZIL MƏSLƏHƏT

Hazırda oxunan: Yay allergiyasından qorunmaq üçün 8 QIZIL MƏSLƏHƏT

613479

Yaz-yay mövsümündə artan allergiya bir çox insanda narahatlıq yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə BBC Future məlumat yayıb.

Vurğulanıb ki, bu vəziyyəti tam dayandırmaq mümkün olmasa da, gündəlik sadə vərdişlərlə simptomları xeyli azalda bilərsiniz.

Əsas 8 məsləhət bunlardır:

1) Hava proqnozunu izləyin - Açıq havaya çıxmazdan əvvəl havada toz çox olub-olmadığını, rütubəti yoxlayın, riskli saatlarda küçədə çox olmamağa çalışın.

2) Pəncərələri bağlı saxlayın - Xüsusilə səhər və axşam saatlarında evə tozcuqların dolmasının qarşısını alın.

3) Çöldən gələn kimi duş alın - Saç və dərinizdə qalan tozları təmizləyin ki, evdə də təsir etməsin.

4) Paltarları çöldə qurutmayın – Paltarlar tozcuqları özünə hopdurur və evə daşıyır.

5) Burun ətrafına qoruyucu krem çəkin – Sadə qoruyucu qat tozun bir hissəsinin daxil olmasını azalda bilər.

6) Gün eynəyi taxın – Gözlərinizi havadakı tozcuqlardan qoruyur.

7) Evi tez-tez təmiz saxlayın – Toz və allergenlərin yığılmasının qarşısını alın.

8) Hava təmizləyici istifadə edin – Xüsusilə HEPA filtrli cihazlar evdə havanı daha təmiz saxlayır.

Qeyd olunub ki, bu sadə addımlar allergiya mövsümünü daha rahat keçirməyə kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin