Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.
Bizim.Media xəbər verir ki, onun heç yerdə olmayan fotosu yayımlanıb.
Foto 1998-ci ildə çəkilib. Həmin vaxt leytenant İlqar Mirzəyev Bakı Ali Birləşmiş Hərbi Komandirlər məktəbinin hərbi taborunun artileriya bölüyünün komandiri idi.
İlqar Mirzəyev 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində anadan olub.
Aprel döyüşləri vaxtı "N" saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb.
Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
İyulun 14-də səhər saatlarında Tovuz döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. (modern.az)

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:47 / 08.05.2026
İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU
Hazırda oxunan: İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU
Hazırda oxunan: İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU
612057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































