Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Hazırda oxunan: Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

612050

Mayın 10-14-də Azərbaycanda keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının birinci mərhələsinin finiş xətti Sumqayıt şəhərində olacaq.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar şəhərin bir sıra prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Belə ki, mayın 10-da Sülh prospekti, Koroğlu prospekti, Üzeyir Hacıbəyov küçəsi, Zülfü Hacıyev küçəsi, Heydər Əliyev prospekti və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Mayın 11-də isə Sahil küçəsi, Bulvar küçəsi, Polad Həşimov küçəsi, Səməd Vurğun küçəsi və Sülh prospektində yollar bağlı olacaq.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri, yol hərəkəti qaydalarına və aidiyyəti qurumların əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur. (unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin