Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

Hazırda oxunan: Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

611916

Gündəlik fiziki hərəkətin emosional vəziyyətə təsiri ilə bağlı tarixdə ən böyük meta-analizin nəticələri göstərib ki, insanların əksəriyyəti gün ərzində hərəkətdə olduqda özlərini daha yaxşı hiss edirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb.

Layihənin koordinatoru, Markus Reichert bildirib ki, fiziki aktivliyin insanın özünü yaxşı hiss etməsinə müsbət təsiri əvvəldən məlum olsa da, indiyədək əsasən laborator və kəsişən tədqiqatların nəticələri mövcud idi:

“İndi bu əlaqəni real gündəlik şəraitdə də təsdiqləyə bilirik”.

Araşdırma 67 beynəlxalq elmi qrupun məlumatlarını birləşdirib. Ümumilikdə alimlər 8 min iştirakçıdan toplanmış 300 mindən çox əhval-ruhiyyə özünüqiymətləndirmə anketini təhlil ediblər. Bu, gündəlik həyat şəraitində hərəkət və əhval arasındakı əlaqəyə dair indiyədək aparılmış ən genişmiqyaslı araşdırma hesab olunur.
 

Tədqiqat zamanı laborator şəraitdən fərqli olaraq iştirakçıların real gündəlik fəaliyyəti – gəzinti, pilləkənlə qalxma, ev işləri və digər hərəkətləri smartfonlar və oxşar cihazlar vasitəsilə qeydə alınıb.


Alimlər emosional rifahın bir neçə göstəricisini – pozitiv və neqativ emosiyalar, enerji və sakitlik səviyyəsini araşdırıblar. Nəticələr göstərib ki, ümumi emosional rifah həm əvvəlki, həm də sonrakı fiziki aktivliklə müsbət əlaqə nümayiş etdirir.

Tədqiqat müəllifləri insanlar arasında fərqlərin də müşahidə olunduğunu vurğulayıblar.

İştirakçıların əksəriyyəti fiziki aktivlik zamanı əhvalın yaxşılaşdığını qeyd etsə də, bəzi şəxslərdə aktivlikdən əvvəl və ya sonra əhvalın pisləşməsi qeydə alınıb.

Onur Güntürk bildirib ki, emosional rifah səviyyəsi aşağı olan insanlar fiziki fəaliyyətdən daha çox fayda əldə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin