Bakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO

Hazırda oxunan: Bakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO

611699

Bakının mərkəzi küçələrində tətbiq edilən yeni nişanlanma xətləri sürücülərin diqqətini çəkib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, sözügedən xətlər əsasən avtobus zolaqları ilə digər hərəkət zolaqlarının kəsişdiyi hissələrdə çəkilib.

Bu cür nişanlanma xətlərinə sürücülər ilk dəfə rast gəldikləri üçün xətlərin nə ifadə etdiyi onlarda sual yaradıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən xətlər "1.11" nişanlanlanma xətləridir.

"Bu xətlənmə bir çox yollarda istifadə olunur. Videodan da göründüyü kimi, bu nişanlanma xətti sürücüləri çaşdırmır. Bu xətlər ikinci zolaqdan gələn nəqliyyat vasitələrinin sağa dönməsi üçün sağ zolağa keçməsinə icazə verir", - deyə məlumatda vurğulanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin