ABŞ hərbçiləri helikopterlərin köməyi ilə Hürmüz boğazında İranın altı kiçik katerini batırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ helikopterləri ticarət gəmiləri üçün təhlükə yaradan altı kateri məhv edib. Hadisənin digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, mayın 4-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ölkənin iki ticarət gəmisi "Azadlıq Layihəsi" əməliyyatı çərçivəsində Hürmüz boğazını keçib.
Lakin daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti bu məlumatı təkzib edib. Orada qeyd olunub ki, son saatlarda Hürmüz boğazından heç bir ticarət gəmisi və ya tanker keçməyib.
Bizim.Media
































































































