Barat Yusubovun yerinə Zəhra Vəzirova TƏYİN OLUNDU

Hazırda oxunan: Barat Yusubovun yerinə Zəhra Vəzirova TƏYİN OLUNDU

610507

Yeni Klinikaya yeni direktor təyin edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bu vəzifəyə Zəhra Vəzirova gətirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb. 

Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

Xatırladaq ki, Yeni Klinikanın direktoru Barat Yusubov aprelin 22-si vəzifəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin