Zaqatalada ağacların arasından keçən elektrik naqilləri – FOTO

Hazırda oxunan: Zaqatalada ağacların arasından keçən elektrik naqilləri – FOTO

610504

Zaqatalada şəhərin müəyyən ərazilərində elektrik xətlərinin ağaclara, yaxud onun budaqlarına toxunması narahatlıq yaradırdı.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Qaladüzü ərazisində yaşayan sakinlər bu istiqamətdə gedən elektrik naqillərinin yaşıllıqların, xüsusən hündür ağacların budaqları arasından keçdiyini bildirir və hər an təhlükə yarana biləcəyini qeyd edirdilər.

Məsələ ilə əlaqədar şəhər nümayəndəliyi və müvafiq idarələrin işə reaksiyası gecikməyib. Dərhal ərazidə budama işləri aparılıb və elektrik naqilləri ağacların budaqlarından təmizlənib.

Qeyd edilib ki, növbəti mövsümdə ərazidə daha böyük miqyaslı budama işləri aparılaraq xətlər təhlükəsiz vəziyyətə gətiriləcək.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin