Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Hazırda oxunan: Həftəsonu bu şəxslərin İMTAHANI VAR

609734

Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi keçiriləcək.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib. Onlardan 1858 nəfər Azərbaycan bölməsi, 532 nəfər isə rus bölməsi üzrə ərizə verib.

Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün ödəniş məbləği 60 manatdır.

Xatırladaq ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin