Gəlinini qətlə yetirən qayınana AXTARIŞA VERİLDİ

Hazırda oxunan: Gəlinini qətlə yetirən qayınana AXTARIŞA VERİLDİ

609647

Meksikada keçmiş gözəllik müsabiqəsi iştirakçısını qətlə yetirməkdə şübhəli bilinən qadın axtarışa verilib.

Bizim.Media xəbər verir ki, Mexiko polisi “Miss Teen Universe Baja California 2017” müsabiqəsinin qalibi kimi tanınan 27 yaşlı Karolina Flores Qomesin ölümü ilə bağlı genişmiqyaslı axtarış əməliyyatı aparır.

Məlumata görə, Karolina Flores Qomes aprelin 15-də Mexikonun nüfuzlu Polanko rayonundakı evində güllələnərək öldürülüb.

İstintaqın məlumatına əsasən, əsas şübhəli qismində onun qayınanası göstərilir. İş materiallarında adı Erika Mariya “N” kimi keçən qadın hadisədən sonra gizlənib və hazırda polis tərəfindən axtarılır.
 

Yayılan məlumatlara və videokadrlara görə, hadisə dəbdəbəli evin içərisində baş verib. Kadrlarda qurbanın qayınanasına su gətirmək üçün otağın dərinliyinə doğru getdiyi, bundan az sonra isə atəş səslərinin eşidildiyi görünür.


Bir neçə saniyə sonra görüntülərdə mərhumun əri Alexandro Qomes görünür. Onun həmin vaxt qucağında uşaqları olub. KİV-in məlumatına görə, o, anasından nə baş verdiyini soruşub.

Polisin versiyasına görə, şübhəli qadının cavabı münaqişənin şəxsi ədavət və qısqanclıq zəminində baş verə biləcəyini göstərir.

Vəziyyətlə tanış mənbələr bildirirlər ki, gəlinlə qayınana arasında gərgin münasibətlər uzun müddət davam edib. Münaqişənin xüsusilə mərhumun hamiləliyindən sonra daha da kəskinləşdiyi qeyd olunur.

Karolina Flores Qomesin yaxın dostları da ailədəki gərginliyin zamanla artdığını bildiriblər.

Hadisə Meksikada geniş ictimai rezonans doğurub. Ölkədə cinayətin ədalətli araşdırılması tələbi ilə etirazlar keçirilib.

Polis şübhəli qadının axtarışını davam etdirir. Onun barəsində artıq həbs orderi verilib.

Bu hadisə qurbanın ictimai statusu, videodəlillərin mövcudluğu və ehtimal edilən cinayətin ailədaxili xarakter daşıması səbəbindən Meksikada ən çox müzakirə olunan cinayət işlərindən birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin