“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı siyasi məhbus problemi ilə bağlı hesabat yayıb. Moderator.az həmin hesabatı təqdim edir:
“Həbs yerlərində mövcud vəziyyət, siyasi
məhbus problemi,
qarşıda duran vəzifələrə dair”
HESABAT
Ümumi məlumat. Təqdim olunan hesabat “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs
həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan
istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən
keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə
olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib,
onlardan müsahibələr götürülüb. Bakıda və
regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki
mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin
monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları
araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və
onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları
sənədə köçürüblər.
Hesabatın
əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə problemin meydana gəlməsi, onu doğuran səbəblər
və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz
mühakimə və məhkəmə hökmləri, yerli və beynəlxalq rəylərdən bəhs olunur.
Hesabat 3
istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların
hüquqları və siyasi məhbus problemi.
Bu sənəd
Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus
probleminə dair ümumi və ayrı- ayrı mənzərəni
əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim
olunur.
Hesabatın hazırlanmasında məqsəd. Məqsəd həbs yerlərində vəziyyətin
yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə nəzərdə
tutulmuş qaydada təmin olunması və siyasi məhbus probleminin həllinə yardımçı
olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür,
problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara
təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə
yardım kimi nəzərdə tutulur.
Hesabatın hazırlanmasında çətinlik yaradan
məqamlar. Həbs
yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların
hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını yerindəcə müəyyənləşdirmək,
müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə
nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə
buraxılmayıb.
Eyni
zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin
aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların
bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir.
Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra məqamların dəqiqləşdirilməsi və
suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək
haqqında” Qanunun tələblərinə uyğun şəkildə “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansı tərəfindən 07 yanvar 2013- cü ildə rəsmi sorğu ilə müraciət
edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu
cavablandırmaqdan boyun qaçırıb. İl yarımdan çoxdur ki, sorğunun
cavablandırılması üçün Penitensiar Xidmətə qarşı qaldırılan iddia tələbi məhkəmə
çəkişməsindədir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansının üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və
imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması
Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaratdı. Amma bütün bunlara
baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə
gətirmək mümkün oldu.
Həbs yerlərində ümumi vəziyyət
Pozitiv məqamlar.
Keçmiş SSRİ
dövrü ilə müqayisədə Azərbaycanda hazırda həbsxanalardakı vəziyyət və məhbusların
hüquqlarının təmin olunması ilə bağlı az da olsa müəyyən nəzərə çarpacaq müsbət
dəyişiklilər həyata keçirilməkdədir. Bu proses ölkənin Avropa Şurasına daxil olması,
“Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiyaya qoşulduqdan sonra
start götürüb. Bakıda Bayıl həbsxanası daxil olmaqla müasir tələblərə cavab
verməyən bir sıra həbs düşərgələri ləğv edilərək yenilərinin tikilməsinə
başlanılıb. Paytaxtda Kürdəxanı ərazisində müasir tələblərə müəyyən qədər cavab
verən Bakı İstintaq Təcridxanası tikilib istifadəyə verilib. Hazırda ölkənin
bir sıra bölgələrində yeni İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin
tikilməsinə başlanılıb. Bəzi rayon, şəhər polis idarələrinin Müvəqqəti Saxlama
Təcridxanaları (MST) yenidən təmir edilib. Əvvəlki illərlə müqayisədə məhbusların
saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da
olsa müəyyən irəliləyişlər mövcuddur.
Hüquqi vəziyyətlə
bağlı Milli Məclisdə “Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında” 22 may 2012-ci il tarixli yeni Qanun qəbul edilib. Qanunun bir sıra
müddəaları Avropa Penitensiar Qaydalarının tələblərinə uyğun hazırlanıb. 2013-
cü ildən etibarən sənəddə nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa
başlanılıb. Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə
bir dəfə telefonla danışmaları, görüşməsi, televiziya və radio verilişlərini
dinləməsi, qəzet almalarına şərait yaradılması və s. Qanunun qəbul olunması dustaqların
hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik əsası yaradıb. Amma təəssüf ki, qanunun tətbiq
olunması istiqamətində işlər çox zəif gedir.
Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların
Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin
yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət
artıb. Həmin təşkilatların nümayəndələri həbs yerlərinə baş çəkir, məhbuslarla
görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə
maraqlanırlar.
Real təsir gücünə malik olmasa da Ombudsman aparatının
əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş şəkir, dustaqlarla görüşüb onların
şikayətlərini dinləyirlər.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin
edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə
əlaqələr idarəsi yaradılıb.
Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə
əməl etməyə icazə verirlər.
Neqativ məqamlar.
Azərbaycanda
olan həbs yerlərinin (İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin-
red.) əksəriyyəti Sovet dövründən qalma köhnə tikililərdir. Ölkənin hər yerində
və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü
ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrupsiya,
qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat,
sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma,
geyim və s. problemləri bərbad vəziyyətdədir. Həbs yerlərinə və məhbusların
saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə
nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət
üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı
obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözü gedən qurum bu
sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların
faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması
istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər
hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən
nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin
baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə
qaytaran müəssisə təəssüratı yaradır.
İstintaq Təcridxanalarında vəziyyət
Son dövrlərdə
Azərbaycandakı Ədliyyə nazirliyi Penitensiar Xidmətin nəzdindəki həbsxanalar- İstintaq Təcridxanaları (İ.T), Cəzaçəkmə müəsisələri
(CÇM -lər) və onların fəaliyyətləri, eyni zamanda insan hüquq və azadlıqlarının
ən kobud şəkildə pozulması barədə müxtəlif fikir və rəylər formalaşıb. Bu
mülahizələrin içərisində obyektiv və subyektiv fikirlər mövcuddur. Məlumdur ki,
ölkədə 1 saylı Bakı İstintaq Təcridxanası, 2 saylı Gəncə İstintaq Təcridxanası
və 3 saylı Süvəlan İstintaq Təcridxanası fəaliyyət göstərir. 1-saylı Bakı İstintaq Təcridxanası müəyyən qədər müasir Avropa
standartlarına uyğun olaraq dövlət vəsaiti hesabına tikilib istifadəyə verilib.
İlk baxışdan elə görünürdü ki, buradakı işçi və xidmət personalı da Avropa
həbsxanalarına uyğun hazırlanıb formalaşacaq. Çox təəsüf ki, Azərbaycan
“standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı
təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana
korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar”
(yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına.
Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki
“sovqat qəbulu” (peredaça otağı) məntəqəsində pozulur. Yaxınlarına sovqat
ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən,
qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha
yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur.
”Peredaçanı” qəbul edən məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir,
eyni zamanda həmin korpuslarda növbə çəkən nəzarətçilərə də “milli mentalitet”-ə
uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist”
nəzarətçilərin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək
hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmənin 1
saylı Bakı İstintaq Təcridxanasında aylıq qiyməti 100- 150 manat
arasındadır. Saxlanması qadağan olunan digər əşyaların istifadəsi üçün də
“rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var. 1 saylı və 3 saylı İstintaq Təcridxanaları arasında gözlə görünən böyük fərqlər mövcuddur. Bakı İstintaq Təcridxanasının imkanlı işçilərinə rəğmən Şüvəlandakı xidmət personalı öz
insafına görə fərqlənir. Buradakı zabit və gizirlər, nəzarətçilər bir qədər
kasıb təbəqəyə mənsubdurlar və onlarla “dil tapmaq” daha asandır. Şüvəlan
Təcridxanasındakı yaşayış korpusları köhnədir, əksər korpuslar Bakı neft
milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İçməli su gundəlik
olaraq maşınlarla gətirilir. İstilik və havalandırma sistemləri yoxdur. Bakı İstintaq Təcridxanasından fərqli olaraq Şüvəlan İstintaq Təcridxanasında elektrik qızdırıcıları
üçün aylıq haqq alınmır. Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı
kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır.
Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Lakin “burjuylar”-dan
fərqli olaraq siyasi məhbus və jurnalistlərdən heç bir təmənna güdülmür.
Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 5-10 manat arası pul ödənilir.
Bu yazılmamış qanunlar Azərbaycandakı bütün polis şöbələrindəki Müvəqqəti
Saxlama Təcridxanalarında (MST), İstintaq Təcridxanası, Cəza Çəkmə
Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və
onların yaxınlarını sorub yeyir. Polislərin nəzarətindəki MST- larda vəziyyət
daha acınacaqlıdır, hər bir şey üçün pul ödəmək lazımdır. Əksər MST- lərdə
verilən qanuni görüşə də pul ödənməlidir. Burada “hakimi- mütləq”
D.P.N.K-ların, əsgər komandirlərinin hesabı mütləq verilməlidir. Məhkuma
göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir,
üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün
qənd, çay ”55” (yəni şirniyyat) yığırlar.
İstintaq təcridxanalarında saxlanılan şəxslər bir
çox hüquqlarından məhrum olurlar - tibbi yardımdan, televiziyadan,
mətbuatdan, idmandan və bəzən də işgənçəyə məruz qalırlar. Kameralar 16-
17 kvadratmetrdir. İçəridə açıq ayaqyolu var (məsələn, Şüvəlan İstintaq
Təcridxanası). Bu da işıqlandırma yeri kiçik (gözlükər 50 x 80 sm
ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər
və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma
sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz
hesabına alınır. Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır.
Əyalətlərdəki İstintaq Təcridxanalarında vəziyyət. Bakı və Bakı ətrafı həbs yerləri ilə
müqayisədə əyalətlərdəki anoloji müəssisələrin
vəziyyəti daha acınacaqlıdır. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif,
ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu müəssisələrin həm texniki vəziyyəti,
orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir.
Məsələn, Gəncədəki İstintaq Təcridxanasında saxlanılmış məhbuslar ordakı vəziyyətlə
bağlı bildirib ki, məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır, saxlanma
yerində antisanitariya hökm sürür, tibbi xidmət bərbad haldadır; “Dustaqalara verilən yeməkləri yemək mümkün
deyil. Təsəvvür edin ki, çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi
isə kəpəkdən bişirirlər. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcburdurlar.
Burada davranış məsələsində SSRİ-dən qalma qaydalar əsas götürülür. Həm də
kameralarda “qarmoşka” deyilən gözlüklər var. Ora açılarkən kamerada havalanma
olur. Gəncə təcridxanasında “qarmoşkanın” saatını iki manata açırlar. Burda da
rüşvət mexanizmi geniş yayılıb və bu mexanizm mərkəzləşdirilib, bunun adi bir
şey olduğunu və hər bir müəssisədə bir nəfər pulun toplanması və ötürülməsi işi
ilə məşğul olur”.
Salyanda
yerləşən 5 saylı Xələc Cəza Çəkmə Müsəsisəsində də anoloji vəziyyət hökm sürür.
Bu cəzaçəkmə müəssisəsində bir ildən artıq
dustaq olmuş vəkil Qurban Məmmədov burada
vəziyyətin digər CÇM- lərdən fərqlənmədiyini bildirir:
«Azərbaycanda ümumiyyətlə
cəzaçəkmə müəssisələri insan ləyaqətinin alçaldılması, tapdalanması üçün
uyğunlaşdırılıb. Xüsusilə də Xələcdə 5 saylı cəzaçəkmə müəssisəsi. Nə qədər
orda vəziyyətin düzəldiyi bildirilsə də, əgər Salyanda dinc əhalinin su,
istilik, elektrik problemi varsa, insanlar hüquq-mühafizə orqanları qarşısında
öz hüquqlarını müdafiə edə bilmirlərsə, cəzaçəkmə müəssisələrində vəziyyətin fərqli
olduğunu düşünmək absurddur və gülüncdür».
Cəza Çəkmə Müəssisələrində (CÇM) vəziyyət.
Rəsmi məlumatlara görə Azərbaycanda 20
mindən çox məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 30 minə
yaxındır. Məhbusların böyük əksəriyyəti Cəza
Çəkmə Müəssisələrində cəza çəkirlər.
CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli
hesab olunur. Hər barakda bəzən 150- 200 nəfər adam bir yerdə qalır. Onların
arasında hepatit (muxtəlif formada), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar
ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur,
Dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə
istidən əziyyət cəkirlər. Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni
özü istədiyi qaydalarla idarə edir- baxmayaraq ki, Penitensiar
Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub
və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl
edilmir.
Dustaqlara verilən ərzaq və geyim
keyfiyyətsizdir və bu səbəbdən dustaqlar evdən gətirilən ərzaq, geyim və yataq dəstlərindən istifadə
edirlər. CÇM- lərdə dustaqlar ücün dükan var,
lakin satılan ərzaq, siqaret və digər lazımi əşyalar həddindən artiq
baha qiymətə satılır. Tibbi xidmət otaqlarında lazımi xidmət olunmur və buna
görə agır xəstələr dərmanları evdən öz hesabına aldırırlar, əksər CÇM- lərində
dustaqlar ücün idman zalı
yoxdur.
CÇM- nə təzə gələn dustaqlara qarşı alçaldıcı
formada axtarış əməliyyatı aparılır (bir- birinin göz qabağında lüt soyundurub
axtarış aparırlar) və sonra "karantin" adlanan otaqda geyri- normal
şəraitdə saxlayırlar
.
Məhbuslara
verilən yataq dəstləri köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən
aylarla dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq
dəstlərini evlərindən gətirməyə məcbur olurlar.
Həbs yerlərində
dustaqlara verilən yeməklərlə bağlı heç bir yerdə yemək cədvəli asılmayıb.
Dustaqlar bunu tələb edəndə bildirirlər ki, rəisin otağındadır (!?). Eyni
zmanda heç bir yerdə dustaqlara çatası ərzaq, qeyri- ərzaq, geyim və digər ləvazimatlarla
bağlı hər hansı siyahı və ya bildiriş yoxdur. Və bunları öyrənmək mümkün deyil.
Bəzi CÇM- lərində dustaqlara yeməkxanalarda 2 cür yemək verilir; pulsuz və pullu
yeməklər.
Müstəqil qəzetləri əldə etmək, abunə yazılmaq
mümkün deyil. Çünki POÇT deyilən şey burada yoxdur. 10 km-lik məsafəyə,
əlaqədar təşkillatlara göndərilən məktuba bəzən 2 aya cavab gəlmir.
Insanların döyülərək işgəncə verilməsi, şərlənməsi
adiləşib. Döyülərək dəli edilmiş onlarla məhkum bu gün Cəza Çəkmə
Müəssisələrində cəza çəkir.
Məhbuslara verilən yeməyin keyfiyyəti barədə. Istər İstintaq Təcridxanalarında, istərsə
də Cəza Çəkmə Müəssisələrində məhkumlara verilən yeməyin keyfiyyəti çox aşağıdır.
Minlərlə məhkumun 20- 30%- i bu yeməklərdən istifadə edir, böyük əksəriyyət isə
evdən gələn ərzaqla qidalanırlar. Dövlətin hər məhkum üçün ayırdığı ərzaq
normasının həcmini və hara getdiyini bilən yoxdur. Təəssüflər olsun ki, “Siyasi
Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Penitensiar Xidmətə rəsmi sorğu ilə
müraciət edərək Azərbaycanda bir məhbusun saxlanmasının dövlətə hansı həcmdə
maliyyə vəsaiti hesabına başa gəldiyini öyrənmək istəsə də adı çəkilən qurum
qanunvericiliyə zidd olaraq ictimai vəsait olan dövlət büdcəsindən xərclənən vəsaitlə
bağlı məlumatı verməkdən imtina edıb.
Amma Avropa Şurası ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1
dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro ayrılıb. Avropa ölkələri
ilə müqayisədə bu rəqəm azdır. Amma Azərbaycan reallığında dustağın ərzaq təminatı
üçün faktiki xərclənən vəsait qeyd olunan vəsaitin həcmindən də azdır. Nəzərə
alaq ki, bu rəqəm 4 il bundan öncəki bazar qiyməti ilə qeyd olunub. Göründüyü
kimi dustaqların ərzaq təminatının ödənməsi üçün ayrılan maliyyə vəsaiti onlara
faktiki olaraq verilən ərzaq, qida maddələri və yeməyin keyfiyyəti və həcminə
adekvat deyil.
Həbsxana
və müvəqqəti saxlama təcridxanalarındakı vəziyyətə beynəlxalq baxış. Azərbaycandakı
saxlanma və həbs yerlərində vəziyyətlə bağlı vaxtaşırı olaraq beynəlxalq təşkilatlar
və qurumlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ Dövlət Departamenti, Amnestyu
İnternational, Human Rights Watch təşkilatı və s.) tərəfindən açıqlanan
hesabatlarda məlumat və münasibətlər yer alır. Bu istiqamətdə son 3 ildə
yayılan hesabatları ümumiləşdirsək bu qənaətə gəlmək olar ki, Azərbaycanda həbsxana
şəraiti ağır olaraq qalmışdır və infrastrukturun təkmilləşdirilməsinin davam
etdirilməsinə baxmayaraq bəzi həbsxanalardakı şərait həyat üçün təhlükəlidir.
Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və
ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi
amillərin birləşməsi yolxucu xəstəliklərin yayılması probleminə səbəb olmuşdur (ABŞ
Dövlət Departamentinin Hesabatından; //photos.state.gov/libraries/azerbaijan/749085/hajiyevsx/).
Hesabatlarda
qeyd olunur ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin
davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir
və onlar beynəlxalq standartlara cavab vermir. Dövlət orqanları məhbusların
fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə
məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri
üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər
məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar.
Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxuyurlar. Həbsxana
uçot sistemi lazımi səviyyədə təşkil edilməyib.
Həbs yerlərində dustaqların saxlanma
sıxlığı. Yuxarıda
qeyd olunduğu kimi Azərbaycanda mövcud olan həbs yerlərinin əksəriyyəti Sovet
dövründə tikilib və müasir tələblərə cavab vermir.
Digər tərəfdən
son zamanlar ölkədə həyata keçirilən geniş miqyaslı həbslərdən dolayı həbsxanalarda
dustaqların saxlanma sıxlığının artdığı müşahidə olunmaqdadır. Aparılan
araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəza Çəkmə
Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adam başına saxlanma tutumu
normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minumum 4 kv.m nəzərdə
tutulduğu halda (bax; “Həbs yerində saxlanan şəxslərin hüquq və azadlıqlarının
təmin edilməsi haqqında” Qanun, Maddə 21.2) bu rəqəm bir çox hallarda 2- 2, 5
kv. m-ə düşür. İstintaq Təcridxanalarında (məsələn, 3 saylı Şüvəlan İstintaq Təcridxanası-red.)
dustaqların saxlandığı kameralarda hündürlüyü 1 metr olan üstü açıq ayaq
yolları var. Ümumi yaşayış sahəsinə daxil olan ayaq yolları kameralarda həm
sanitar, həm də havalanma nöqteyi nəzərdən problemlər yaradır.
Aşağıdakı
cədvəldə dustaqların saxlanma sıxlığı (kamera və baraklarda) real duruma uyğun
qeyd olunub.
Cədvəl 1.
Həbs yerlərində dustaqların saxlanma
sıxlığı (nəfər/kv.m-lə)
|
Sıra sayı |
Kamera və barakların ümumi sahəsi |
Normada saxlanmalı olan dustaqların sayı |
Faktiki saxlanılan dustaqların sayı |
|
1. |
4 kv.m |
1 nəfər |
1- 2 nəfər |
|
2. |
8 kv.m |
2 nəfər |
3- 4 nəfər |
|
3. |
16 kv.m |
4 nəfər |
5- 6 nəfər |
|
4. |
40 kv.m |
10 nəfər |
13-15 nəfər |
|
5. |
60 kv.m |
15 nəfər |
20- 25
nəfər |
|
6. |
120
kv.m |
30 nəfər |
40- 45
nəfər |
|
7. |
200-
240 kv.m |
50- 60
nəfər |
80- 120
nəfər |
|
8. |
320-
360 kv.m |
80-90 nəfər |
130-
180 nəfər |
Qışda kamera və baraklarda
temperatur 18 dərəcədən aşağı olmamalıdır. Amma bəzən saxlanılan yerlər o qədər
soyuq olur ki, dustaqlar evdən gətirdikləri 2 yorğana bürünüb yatırlar.
Dustaqların yanına gələn məhbus
ailələri və yaxınları üçün həbs yerlərində gözləmə yerləri ya yoxdur, ya da
bərbad vəziyyətdədir. Mövcud olan əksər gözləmə “sığınacaq”-ları isə uçuq-
sökük, toz- torpaq içində, anti- sanitariya vəziyyətindədir. Qışda soyuqdan,
yayda isə istidən orda dayanmaq mümkün deyil. Həmin yerlərin sərinləşdirici
ventiliyasiya və istilik sistemi yoxdur.
Mərkəzi Hospitalda vəziyyət. Ədliyyə
nazirliyinin Mərkəzi hospitalında müalicə almış keçmiş məhkumların verdiyi
məlumata görə adı çəkilən müəssisədə saxlanma şəraiti və mualicə acınacaqlı
vəziyyətdədir. Şöbələrdə antisanitariya hökm sürür. Hər şöbədə (100 - 120)
xəstə ücün bir sanitar qovşagı var, palatalarda muxtəlif xəstəliklərdən (vərəm,
Hepatit, SPİD və s.) əziyyət çəkən dustaqlar bir yerdə yerləşdirilir. CÇM- dən
hospitala “naryad” almaq ücün sistemləşdirilmiş şəkildə rüşvət verilməlidir. Qapalı
və xüsusi tipli rejimlər ücün “naryad” sirf Penitensiar Xidmətin göstərişi ilə
verilir. Narkomaniyadan mualicə yalnız kağız üzərində aparılır. Bu cür
“mualicə”-ni almamış məhkum cəza müddətindən əvvəl azad ola bilmir, ona görə
tələb olunan rüşvəti verməyə məçbur olur.
Əsassız həbslər və saxlanılanlarla rəftar. Bir çox yerli və beynəlxalq tənqidlərə baxmayaraq
ölkədə qanunsuz və əsassız həbslər azalmaq əvəzinə artmaqdadır. Bir növ polis,
hüquq- mühafizə orqanları nəyin bahasına olursa olsun insanları cəzalandırmaq
üçün onları həbs etməyə daha çox meyllidir. Bu meyl ölkədəki sərt inzibati idarəetmə
tələbindən doğmaqla yanaşı, həm də korrupsiya faktorundan irəli gəlir. Yəni həbs
olunanların böyük əksəriyyəti həmin şəxsləri həbs edənlərin hədəfində həm də
potensial gəlir mənbəyidir. Son illər
genişlənən qanunsuz həbslər təkcə sıravi şəxslərin deyil, ictimai- siyasi fəalların
da say artımı ilə müşahidə olunmaqdadır. Məsələn, 2013- cü ilin yanvar ayının
ortalarından bu günə qədər ötən il yarım ərzində xeyli sayda insanlar həbs
olunmuşdur ki, onların ən azından 50 nəfərədən çoxu ictimai- siyasi fəallığına,
jurnalist, hüquq- müdafiə, dini və s. fəaliyyətinə görə şərlənərək həbs olunub.
2013- cü ilin 19 yanvarında Binə Ticarət Mərkəzində əlavə haqq alınmasına
etiraz edən sahibkarların, eləcə də 23 yanvarda İsmayıllıda məmur övladlarının
ozbaşınalığına etiraz edən, öz haqları ugrunda mübarizə aparan vətəndaşların
hakimiyyət tərəfindən qanunsuz olaraq və şərlənərək sərt şəkildə cəzalandırılıb
həbsə atılması ilə müşahidə olunub.
İctimai
siyasi fəallar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə müqavimət (315- ci maddə), Narkotika
(234- cü maddə), Xuliqanlıq (221- ci maddə), Qanunsuz silah gəzdirmə (228- ci
maddə), İğtişaşlara çağırış və iştirak (220.1, 220.2- ci maddə), Vəzifə səlahiyyətlərindən
sui- istifadə (308- ci maddə), Vergidən yayınma və s. qondarma maddələrlə
ittiham olunaraq həbs edilirlər.
Əsassız həbs
və ya saxlama qanunla qadağan olunsa da, hökumət ümumilikdə bu qadağalara əməl
etməmiş və cəzasızlıq problem olaraq qalmışdır. Bu barədə ABŞ Dövlət Departamentinin, eləcə də bir
sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında və bəyanatlarında
vaxtaşırı qeyd olunur ki, siyasi cəhətdən fəal olan və digər şübhəli şəxslər bəzən
polis təcridxanasında olarkən bir neçə saat və yaxud bir neçə gün ətraf mühitdən
təcrid olunmuş şəraitdə saxlanılıblar. Dövlət orqanları tərəfindən tez-tez
siyasi motivlərə söykənən və adi məhkəmə işləri zamanı vəkillərin öz müştəriləri
ilə görüşmələrinə icazə verməməsi halları mövcuddur. Məsələn, din xadimi Taleh
Bağırzadə 31 mart tarixdə polis tərəfindən həbs edildikdən sonra bir həftə ərzində
təcrid olunmuş vəziyyətdə saxlanılıb. Həbsindən bir həftə əvvəl Bağırzadə məsciddə
xütbə oxuyarkən hökuməti sərt tənqid edib. 1 noyabr tarixdə tələsik keçirilən məhkəmə
zamanı hakimiyyət orqanları Bağırzadəni qanunsuz narkotik maddə saxlamaqda
ittiham edərək barəsində iki il azadlıqdan məhrumetmə cəzası çıxarıb. AXCP üzvü
Murad Adilov saxlanılarkən bir neçə gün
ona öz vəkili ilə görüşməsinə imkan verilməyib. Yaxınlarının verdiyi məlumata
görə hüquq- mühafizə orqanları ona işgəncə verərək etirafedici ifadələr almağa
çalışıblar.
Əsassız həbslər: İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət
göstərməkdə, narkotik maddə və ya silahdan qanunsuz istifadə və yaxud ictimai
asayişi pozmaqda yalandan ittiham olunmaqla baş verən həbs halları problem
olaraq qalıb. Yerli QHT-lər, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları
hökuməti fərdləri özlərinin fundamental hüquqlarından istifadə etdiklərinə görə
həbs etdiyinə görə tənqid etmiş və qeyd etmişlər ki, dövlət orqanları çox vaxt
saxlanılanlara qarşı uydurma ittihamlar irəli sürmüşlər. Xüsusilə dinc siyasi
nümayişlər keçirməyə cəhd göstərən demokratik müxalifət fəallarının və yaxud
siyasi partiyaların üzvləri polis tərəfindən saxlanılıb. Məsələn, ilin birinci
yarısında dinc nümayişlərə çağırışlar edən, təşkil edən və ya bu nümayişlərdə
iştirak edən gənclər və digər demokratik fəallar dövlət orqanları tərəfindən həbs
ediliblər. Bu fəallara NİDA gənclər hərəkatının yeddi nəfər üzvü (Bəxtiyar
Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu, Üzeyir
Məmmədli və Zaur Qurbanlı), Azad Gənclik təşkilatının bir nəfər üzvü (İlkin
Rüstəmzadə) və siyasi partiyaların gənclər qanadının fəalları (Daşqın Məlikov və
Rəsul Mürsəlov) daxil olub. Bundan əlavə
“Facebook” fəalı Əbdül Əbilov 26 noyabr tarixdə polis tərəfindən həbs edilib və
sonradan ona qarşı qanunsuz narkotik maddə saxlama ittihamı irəli sürülüb. Müstəqil
media Əbilovun hakimiyyəti tənqid etməsinin onun həbsinə gətirib çıxardığını
güman edir. Müşahidəçilər də, polisin həbs və saxlama prosedurlarını pozması
barədə məlumatlar veriblər.
İstintaq təcridxanalarında
uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş verib. Baş prokuror
müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama
müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzadıb.
2013-cü
il martın 7-də qeyri-döyüş şəraitində əsgərlərin müəmmalı şəkildə ölməsinə
etiraz olaraq Bakının mərkəzində martın 10-u üçün planlaşdırılan aksiya ərəfəsində
“N!DA” Vətəndaş
Hərəkatının
3 gənc fəalı- Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahin axşam
saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs
olunublar, həbs barədə nə həbs edilənlərin valideynlərinə və qohumlarına, nə də
dostlarına məlumat verilməyib, onlar vəkillə təmin edilməyiblər. Həbsdən bir
neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə yaşayan Quliyev və
Novruzovun evində axtarış aparılıb, gənclərin evindən narkotik maddə və
“Molotov” kokteyllərnin tapıldğı iddia edilib. Onların ilkin dindirmələri və
barələrində həbs qətimkan tədbirinin seçilməsi öz vəkillərinin iştirakı olmadan
aparılıb. Şahin Novruzlu həbs edilərkən azyaşlı olduğu üçün qanunun tələbinə
görə onun dindirilməsində mütləq qanuni nümayəndəsi iştirak etməli olduğu
halda, istintaq bu tələbə əməl etməyib. Hər 3 gənc ilk izahatlarında heç bir
qanunsuz əmələ yol vermədiklərini bildiriblər. Lakin bir gün sonra onlar işgəncə
və psixoloji təzyiq altında, öz vəkilləri olmayan şəraitdə özlərinə və digərlərinə
qarşı ifadələr verməyə məcbur ediliblər.
9 mart
2013-cü il tarixində Azərbaycanda yayımlanan bütün ümumrespublika telekanalları
gənclərin martın 10-da keçiriləcək aksiya zamanı “Molotov” kokteyllərindən
istifadə etməklə iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin olduğunu
etiraf etmələrini” nümayiş etdirən istintaq tərəfindən hazırlanmış
videomateriallar yayımlayıb. Yayılmış videolarda həbs edilən gənclərin “N!DA” Vətəndaş
Hərəkatının İdarə Heyətinin üzvlərinin əleyhinə ifadələri, onların da
“cinayət”
törədilməsində iştirakı barədə “etiraflar” yer alıb. Bu videolardan da açıq şəkildə
görünür ki, gənclər qorxu içindədilər və onlara qarşı fiziki zor işlədilib. Gənclərin
Sovet hakimiyyəti dövründə olduğu tərzdə “etirafedici” videolarının yayılması
bu həbsin siyasi sifariş olduğunu sübut edən amillərdən biridir. Qısa müddətdən
sonra hər 3 gənc artıq öz vəkillərinin iştirakı ilə verdikləri ifadələrdə ilk
ifadələrini işgəncə altında verdiklərini bəyan edib və işgəncə faktlarının
araşdırılması ilə bağlı prokurorluq orqanlarına şikayət ünvanlayıblar. Lakin bu
şikayətlər üzrə araşdırma formal aparıldı, çünki işgəncəni törədən və onu
araşdıran orqan eyni idi.
Dindar
olan Rəşad Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, xüsusən Facebook-da (//www.facebook.com/HAQQINqulu777) hakimiyyətin
apardığı siyasəti, Prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid
edən mikrobloqlar paylaşırdı. Ona qarşı da Azərbaycanda fəallara qarşı geniş şəkildə
istifadə edilən narkotik maddə ittihamı irəli sürülüb. Rəşad Ramazanov həbs
edildikdən sonra qanunsuz olaraq 11 gün müddətində Daxili İşlər
Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb,
yerli və beynəlxalq təşkilatların çağırışından sonra o istintaq təcridxanasına
köçürülüb. Tanınmış vəkil Aslan İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və
döyülməyə məruz qaldığını bəyan edib və bunun araşdırılması üçün müvafiq
qurumlara müraciət edib, lakin bu iddialar nəinki araşdırılıb, İsmayılovun özü
polis tərəfindən saxlanılaraq ona bu cür bəyanatlar verməməsi, əks halda cəzalandırılacağı
ilə bağlı xəbərdarlıq edilib. Bundan bir müddət sonra isə vəkil İsmayılov Vəkillər
Kollegiyasından uzaqlaşdırılıb. Ramazanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 13
noyabr 2013-cü il qərarı ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi 16 yanvar 2014-cü il tarixində, Ali Məhkəmə
isə 14 may 2014-cü il tarixində bu hökmü olduğu kimi qüvvədə saxlayıb. R.
Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi
tanınıb.
“NİDA” Vətəndaş
Hərəkatının üzvü olan gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və
narkotik maddə saxlamaq ittihamları irəli sürülüb, həbslərindən 6 ay sonra, yəni
2013-cü il sentybrında onlara yeni daha ağır kütləvi iğtişaşlar törətmə və ya
belə iğtişaşlarda iştirak etmə ittihamı da verilib. Məhz bu yeni ittihamın irəli
sürülməsinə görə Hərəkatın İdarə Heyətinin üzvü Rəşadət Axundovun 74 yaşlı
babası Əyanət Axundov damarlarını kəsərək özünə qəsd etmiş, bunun nəticəsində
bir neçə gün sonra xəstəxanada vəfat etmişdir.
Ədalətli və müstəqil məhkəmələrin olmaması. Azərbaycanda məhkəmələrin
müstəqil olmaması, icra hakimiyyətinin əlavəsinə çevrilməsi barədə kifayət qədər
nümunələr, faktlar var. Həm yerli vətəndaş cəmiyyəti nümayəndələri, həm də beynəlxalq
təşkilatların təmsilçiləri bu barədə vaxtaşırı olaraq həyacan təbili çalırlar.
Azərbaycanda müstəqil və ədalətli məhkəmə sisteminin olmaması, qeyri- peşəkarlığın
mövcudluğu, hakimlərin hüquq- mühafizə, icra orqanlarından asılı olması,
korrupsiaya ugraması barədə ABŞ Dövlət Departamentinin yaydığı 2013- cü il
Hesabatı bu sahədə olan real mənzərəni olduğu kimi əks etdirir. Hesabatda
yazılanları olduğu kimi təqdim edirik; “Məhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da,
hakimlər icraedici qanaddan ayrı, müstəqil fəaliyyət göstərməmişlər. Məhkəmə
sistemi korrupsiyalaşmış və səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər
çox vaxt məhkəmə prosesində təqdim edilmiş dəlillərlə bağlı olmamışdır.
Hakimiyyətin icraedici qanadı məhkəmə
hakimiyyəti üzərində güclü təsir göstərməyə davam etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq
Şurasına nəzarət etmişdir (MHŞ). MHŞ hakimliyə namizədlərin imtahanını həyata
keçirən və il ərzində məhkəmə təlimləri və seçim prosesinə nəzarət edən məhkəmə
seçim komitəsini (altı hakim, bir nəfər prokuror, bir nəfər vəkil, MHŞ-ın üzvü,
Ədliyyə Nazirliyinin bir nəfər üzvü və bir nəfər hüquqşünas) təyin edir.
Etibarlı mənbələrdən verilən məlumatlara əsasən
hakimlər və prokurorlar xüsusilə beynəlxalq müşahidəçilərə maraqlı olan məhkəmə
işləri zamanı prezident administrasiyasından və Ədliyyə Nazirliyindən göstərişlər
almışlar. Etibarlı mənbələrin verdikləri digər məlumatlara əsasən hakimlər müntəzəm
şəkildə rüşvət almışlar. Nazirlik tərəfindən 1 noyabr tarixə verilən məlumata əsasən
MHŞ iki hakimi tutduğu vəzifəsindən azad etmiş və digər doqquz nəfəri isə tənbeh
etmişdir.
Qeyri-qanuni yolla əldə edilmiş dəlillərin
istifadəsi konstitusiya ilə qadağan edilir. Bəzi müttəhimlərin onlardan ifadələrin
işgəncə və ya zor tətbiq olunmaqla alındığını iddia etmələrinə baxmayaraq, məhkəmələr
zor tətbiq edilməsinə əsaslanaraq iddiaları ləğv etməmişlər və zorakılığın baş
verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə ekspertizası keçirilməmişdir.
Hakimlər çox vaxt polisin pis rəftarı ilə bağlı qaldırılmış iddialara məhəl
qoymamışlar. İstintaq çox vaxt şübhəli bilinən şəxslərə qarşı fiziki dəlillərin
toplanması deyil, əksinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Məhkəməyə
çıxarılmış ağır cinayətlər çox vaxt ittihamnamənin oxunması ilə nəticələnmişdir,
belə ki, ümumilikdə hakimlər yalnız minimum səviyyədə sübut tələb etmişlər və
dövlət ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər. Əgər hakim təqdim
edilmiş sübutun müttəhim barəsində hökm çıxarılması üçün kifayət etmədiyini müəyyən
etmişdirsə, bu zaman iş əlavə istintaq aparılması üçün prokurorluğa geri
qaytarılmış və bu da dövlət ittihamçısına hökm çıxarılması üçün əlavə imkan
yaratmışdır.”
Qeyd; Xatırladaq ki, yuxarıda qeyd olunan fikirlər ABŞ
Dövlət Departamentinin 2013- cü il Hesabatında Azərbaycandakı insan haqları ilə
bağlı bölümündə yer alıb və ölkədəki real mənzərəni əks etdirir
Həbs olunmuş şəxslərə qarşı işgəncə halları
Azərbaycan Konstitusiyası və Cinayət Məcəlləsi həbs edilən şəxslərə
qarşı işgəncə əməllərini qəti şəkildə qadağan etsə və buna görə ağır cəza nəzərdə
tutulsa da ölkə həbsxanalarında dustaqlara qarşı işgəncə halları davam etməkdədir.
Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi,
onların qəddarlığa və işgəncələrə məruz qalması həm Müvəqqəti Saxlama və
İstintaq Təcridxanalarında, həm də Cəza Çəkmə Müəssiələrində həyata keçirilir.
İşgəncə təkcə fikizi zor tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan
münasibətə məruz qoymaq, qeyri- əlverişli saxlama şəraiti, aşındırıcı pisxoloji
münasibət, diskriminasiya və s. hərəkətlərdə özünü biruzə verir. Həbs olunan
bir çox dustaqların, onların yaxınlarının, vəkillərinin verdiyi məlumatlara əsasən
təhlükəsizlik qüvvələri saxlanılan şəxsləri etiraf edici ifadələr almaq,
qorxutmaq və s. məqsədilə döymüş, mitinqçiləri və jurnalistləri təhqir etmişdir.
Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar
olunduqlarını bildirən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb
olunmasına qarşı dövlət orqanları de- fakto qadağa qoymuşdur və onların vəkillə
təmin olunmalarını yubatmışdır. Cərimə təcridxanasına salınan dustaqlar elə hallar olur ki, şiddətli
şəkildə döyülür.
Milli Təhlükəsizlik nazirliyində işgəncə...
Maraqlıdır
ki, həbs olunanlara qarşı işgəncə halları təkcə polis orqanlarında, istintaq təcridxanalarında
deyil, vəzifəsi ictimai fəalları həbs etmək yox, ölkənin milli təhlükəsizliyini
qorumalı olan Milli Təhlükəsizlik Nazirliyində (MTN) də həyata keçirilir. Həbsdə
olan gənc fəal, “NİDA” Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizov bildirib ki, o, MTN
təcridxanasında saxlanılarkən işgəncəyə məruz qalıb. Onu orada amansızlıqla
döyüblər və zorlama ilə hədələyiblər. Məmməd Əzizov deyib ki, MTN təcridxanasında
ondan Rəşad Həsənovun üzünə durmağı tələb ediblər. O isə bundan imtina edib.
Bundan sonra onu 40 dəqiqə dayanmadan döyüblər. “Dedilər ki, ya butulka, ya da
zorlama ”“ özün seç. Dedim, nə danışırsız? Göstəriş verdilər ki, gedin, aşağıdan
butulka gətirin. Dubinka ilə qayıtdıqlarını görəndə sevindim ki, heç olmasa döyəcəklər.
40 dəqiqə dayanmadan döydülər. Bir həftə ayaqlarımın ağrısından gəzə bilmədim.
Kürdəxanı təcridxanasına köçürüləndən sonra 2 ay sol qulağımdan müalicə aldım.
Qulağım eşitmirdi”, - deyə Məmməd Əzizov bildirib.
“NİDA” Vətəndaş
Hərəkatının digər üzvü, 17 yaşlı Şahin Novruzlu məhkəmədə bildirib ki, MTN- də o az yaşlı olmasına baxmayaraq
valideynlərinin və vəkilinin iştirakı olmadan dindirilib. Dindirilmə zamanı
ondan etiraf edici ifadələr almaq üçün işgəncə veriblər. Ş. Novruzov bildirib
ki, onu MTN- də döyüblər və bu zaman onun 4 dişi sınıb. Gənc fəal ona zor tətbiq
edənlərdən birinin Qasım Məmmədov olduğunu bildirib. Lakin nə prokurorluq
orqanları, nə də məhkəmə bu barədə hər hansı araşdırma aparmayıb.
“Bizim
yol” qəzetinin əməkdaşı, Amnestyu İnternational təşkilatı tərəfindən “vicdan məhbusu”
elan edilmiş jurnalist Pərviz Həşimli də qeyri- qanuni olaraq Milli Təhlükəsizlik
Nazirliyinin Təcridxanasında saxlanılıb və orda işgəncəyə məruz qalıb.. Ona
etirafeici ifadələr almaq üçün müxtəlif zorakı və mənəvi psixoloji təzyiqlər
edilib. O insan ləyaqətini alçaldan formada qara maska geyinmiş şəxslərin güclü
təzyiqi və nəzarəti altında başına qara torba keçirilmiş halda məhkəməyə gətirilib.
Absurd məhkəmə hökmündən sonra Bakı İstintaq Təcridxanasında “Mediaforum”
saytının suallarını cavablandırdığı üçün 6 günlük cərimə otağına (karsa)
salınıb.
İşgəncə halları ABŞ Dövlət Departamentinin
hesabatında...
Azərbaycan
həbsxanalarında dustaqlara işgəncələrin verilməsinə dair məlumatlar beynəlxalq
təşkilatların da hesabatlarında geniş əks olunur. Məsələsn, ABŞ Dövlət
Departamentinin 2013- cü il Hesabatında Azərbaycandakı insan haqları ilə bağlı
bölümündə deyilir;
“2012-ci
ildə baş vermiş 141 hal ilə müqayisədə 2013- cü il ərzində 111 nəfər təcridxanada
saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa, işgəncə və insani ləyaqətini alçaldan davranış,
yaxud cəzaya məruz qalmışdır. Məlumatlara əsasən bu cür pis rəftar hallarının əksəriyyəti
saxlanılan şəxslər polis məntəqələrində olduqları müddətdə baş vermişdir və
saxlanılanlar istintaq təcridxanalarına aparıldıqdan sonra zorakılıq halları
dayandırılmışdır. Nəzərə çarpan bir misalda, insan haqlarının müdafiəsi fəallarının
verdikləri məlumata əsasən müxalifət qəzetində məqalə nəşr etdirdiyinə görə
saxlanılmış İlkin Rüstəmzadə 11 sentyabr tarixdə Kürdəxanı təcridxanasında
saxlanılarkən səlahiyyətli orqanların əməkdaşları tərəfindən döyülmüşdür. İlin
sonuna olan məlumata əsasən bu iddialarla bağlı hər hansı istintaq
aparılmamışdır”.
ABŞ Dövlət
Departamentinin hesabatında daha sonra qeyd olunur ki, verilən işgəncələrlə
bağlı cəzasızlıq problem olaraq qalmışdır. Pis rəftar olunduqlarını iddia edən
saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı
dövlət orqanları de-fakto qadağa qoymuşdur və onların vəkillə təmin
olunmalarını yubatmışdır.
Hesabatda deyilir; “Etiraflar əldə etmək məqsədilə dövlət orqanları tərəfindən işgəncə və
yaxud digər pis rəftar hallarından istifadə olunduğu barədə məlumatların verilməsi
davam etmişdir. Məsələn, iddialara əsasən dövlət orqanları gənclərin NİDA (Azərbaycan
dilində nida işarəsi deməkdir) hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar
Quliyev və Məmməd Əzizovun 9 mart tarixdə dövlət televiziyasına çıxardılaraq
orduda ölüm hallarına etiraz məqsədilə 10 mart tarixdə keçiriləcək aksiyada güc
tətbiq edərək inqilaba təhrik etməyi planlaşdırdıqlarını bildirən əvvəlcədən
hazırlanmış “etirafı” oxumağa məcbur etmişlər. “Human Rights Watch” təşkilatının
verdiyi məlumata əsasən Əzizov öz vəkilinə bildirmişdir ki, “etirafını” geri
götürdükdən sonra o Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən
döyülmüşdür. Əzizovun dörd gün yeriyə bilmədiyi və bir qulağının eşitmə
qabiliyyətini itirdiyi bildirilmişdir.
Zorla
etiraflar əldə etmək məqsədilə bəzi hallarda zorlama hədələrindən də istifadə
edildiyi bildirilmişdir”.
Əli İnsanova qarşı işgəncə faktı Avropa
Məhkəməsində
Həbs
olunan zaman və sonradan həbs yerində işgəncəyə məruz qalan tanınmış şəxslərdən
biri də YAP-ın qurucularından olan keçmiş səhiyyə naziri, hazırkı siyasi məhbus
Əli İnsanov olub. Əli İnsanova qarşı olan repressiyalar onunla bağlı keçirilən
sonuncu Bakı Apelliyasiya məhkəməsində də davam edib. Ona məhkəmə zalında
pixoloji və alçaldıcı münasibət göstərmək üçün onu şüşə akvariuma salaraq
danışıq səsinin məhkəmə salonuna braxılması hakimin əlində olan pultla həyata
keçirilib. Bu halın özü Azərbaycan məhkəmə prosesində ilk hadisə kimi tarixə
keçib.
Maraqlıdır
ki, Avropa Məhkəməsi özünün 14 mart 2013-cü il tarixli qərarında Əli İnsanovun ədalətli
mühakimə hüququ və özünə qarşı işgəncə faktları ilə bağlı qaldırdığı iddianı təmin
edib. Avropa Məhkəməsi belə bir qərar çıxarıb ki, Azərbaycan hakimiyyəti Əli
İnsanovu həbsdən azad etməli və ona 10 min avro məbləğində təzminat ödəməlidir.
Amma təəssüf ki, özünü beynəlxalq aləmdən və hüquq sistemindən təcrid etmək
yolunu tutan Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin məlum qərarını icra etməkdən
imtina edib.
Məhbuslara işgəncələr necə verilir?
Azərbaycanda həbs yerlərində məhbuslara işgəncə
vermək halları geniş yayılıb. Dustaqlara işgəncələr müxtəlif formalarda
verilir. Düzdür, müqayisədə ictimai- siyasi fəaliyyətinə görə həbs olunan şəxslərə
daha az işgəncə verilir. Amma məntiq baxımdan cinayət törətməmiş, özünün və
başqalarının hüquqlarının qorunması ugrunda mübarizə aparanları həbs etmək elə
həmin şəxslərə qarşı həyata keçirilmiş ən böyük işgəncə faktı hesab oluna bilər.
Bir çox hallarda ictimai fəallar da zorakalığa məruz qalırlar. Aşağıda təqdim
etdiyimiz fikirlər bu yaxınlarda həbsdən çıxmış, bir sıra yerli və beynəlxalq təşkilatlar
tərəfindən siyasi məhbus elan edilmiş gənc fəal Rəsul Mursalova məxsusdur. Onun
dedikləri həm də bir şeyi də sübut edir ki, əgər ölkədə həbs yerlərində siyasi
məhbuslar bu formada ağır işgəncələrə məruz qalırsa sıradan olan, hüquqlarını
lazımınca müdafiə edə bilməyən məhbusların hansı məşəqqətlərə düçar edildiklərini
anlamaq elə də çətin deyil. Rəsul Mursalovun bildirdikləri; “Mən 2012 ci il
"evrovision" mahnı müsabiqəsi ərəfəsində Bakıda keçirilən mitinq və
aksiyalarda fəal iştirak etdiyimə görə həbs olunmuşam. 18 iyul 2012- ci ildə səhər
vaxtı evə maskalılar (MTN) hücum etdi və basıma qara torba keçirib, əllərimi
arxadan “jılka” iplə baglayaraq apardılar. Hara aparılmagım haqqında heç nə
demir, sual verdikdə məni vurur, "öldürməyə" cavabını verirdilər.
Harda saxlanmağımı (ehtimal ki, MTN- nin rayon söbəsi idi- red.) bilmirdim və hər
gün müxtəlif isgəncələrə məruz qalırdım. Qaldığım yerin döşəməsi beton, bom-boş
otaq idi. Isgəncələr ayagımın altına taxta ilə vurma və s. formalarda olurdu.
Isgəncə verən maskalı olurdu. Mənə isgəncə verməklə kimin göstərisi ilə rayonda
olduğumu, həm də Zaqatala kimi radikal dini quruplaşmanın yerləşdiyi ərazidə
üsyan qaldırma planı “hazırladığımı”, siyasi partiyalarla "Meşə
qardaşları" arasında mənim araçı olub olmadığımı öyrənmək istəyirdilər. Təbii
ki, mən bu ittihamları rədd edirdim və buna görə 7 gün isgəncəyə məruz
qaldım...
“Yanvar ayında paltomu
çıxardıb yağış- qarda işlətdilər və ağır xəstələndim”
... Gəncə İstintaq Təcridxanasında saxlanılarkən rəis
Şakir Bayramovun şəxsən istirak etdiyi isgəncədə bədənimdə çapıq izləri hələ də
qalır. Hakimiyyət əleyhinə aksiyalardakı
fəallığıma görə, daha sonra isə əfv ərizəsi yazmadıgıma görə işgəncə
verirdilər. 14 saylı CÇM- nə yeni köçürüldüyüm gün rəis Nazim Kəngərlinin göstərişi
ilə Penitensiar Xidmətin işçiləri məni "dubinka" ilə bərk döydülər.
Yeganə səbəb siyasi məhbus olmağım, onların qanunsuz əməllərinə tabe olmamağım
və göz yummamağım idi. Məcburi əməyə cəlb etdilər, yanvar ayında paltomu
çıxardıb yağış- qarda işlətdilər. Ağır xəstələndim və tibb şöbəsinə yerləşdirildim.
2 ay görüş, telefon danışığı, ərizə və məktub göndərmə hüququma yasaq qoyuldu.
23 aprel 2013- cü ildə günorta yeməyimə zəhər qatıldı və zəhərləndim”¦
”¦ Ən çox işgəncələrə seçki öncəsi qaldım. Məndən
İlham Əliyevə əfv ərizəs yazmağımı və onu dəstəklədiyimi tələb etdilər,
yazmadım. CÇM- nin rəisi Əli İbrahimovun göstərişi ilə əməliyyatçı, “press verən”
Telman Bagırov məni “kars”-ın gəzinti sahəsində ayaqyalın, soyuq havada
saatlarla saxladi, qandallayib döydü. Sonra da saçımı qırxdırıb zona
buraxdı”...
Zənimizcə keçmiş məhbus R. Mursalovun bu dediklərinə
əlavə şərh verməyə ehtiyac yoxdur. Onun dedikləri mövcud hakimiyyətin və Mədət
Quliyevin rəhbərlik etdiyi Penitensiar Xidmətin bu gün həbsdə olan dinc,
günahsız Azərbaycan vətəndaşlarına sərgilədiyi zülmkar, amansız, qəddar münasibətin
əyani təzahürüdür.
Huquqlarını qoruyanlar
daha qəddar təzyiqlərə məruz qalırlar
“Dustaqları heyvan səsləri çıxarmağa məcbur
edirdilər”
Öz hüquqlarını bilən, savadlı və cəsarətli məhbusların ilk baxışdan həbs
yerlərində daha az repressiyalara və təzyiqlərə məruz qaldığı qənaəti yarana
bilər. Amma bu heç də belə deyil və son zamanlar məhbusların hüquqlarının
tapdanması hüdudları o qədər genişlənib ki, artıq təkcə sıravi məhbuslar deyil,
tanınmış və savadlı məhbuslar da təzyiqlərə məruz qalırlar. Məsələn, Milli Azadlıq hərəkatının öncüllərindən olan,
hazırda həbs həyatı yaşayan siyasi məhbus Nemət Pənahlı keçən il 17 saylı CÇM- də olarkən Penitensiar Xidmətdə baş verən
qanunsuzluqlara etiraz etdiyinə görə təzyiqlərə məruz qalıb, dəfələrlə “kars”-a
salındı. Sonra isə məhkəmənin qərarı ilə saxlanma şəraiti daha ciddi və amansız olan Qobustan
Qapalı həbsxanasına göndərildi.
N.Pənahlı
17 saylı həbsxanada baş verən qanunsuzluqlarla bağlı yaydığı müraciətdə
bildirmişdi ki, bütün həbsxanalarda olduğu kimi, 17 saylı həbsxanada da dustaqlar
qorxu və əsarət altında saxlanılır, müxtəlif adlarla dustaqlardan pul
qoparılır. Özlərini “avtoritet” adlandıran, əslində həbsxana rəhbərliyinin əlaltıları
olan şəxslərin əli ilə həbsxanalarda cinayətlər törədilir.
Nemət Pənahlı
bildirib ki, dekabrın 6-da səhər saatlarında qoşun hissələrinin həbsxanaya
daxil olub, dustaqları sıraya düzüb, hər hansı izah verilmədən qara maskalı şəxslər
onları amansızcasına döyməyə başlayıblar. Döyülən
dustaqların axşamkı hadisəyə hər hansı aidiyyatı olmayıb, sadəcə rəisdən şikayət
edən şəxslər olublar. N.Pənahlı dustaqların döyülməsinə narazılığını ifadə
etdiyinə görə “kars”-a salınıb.
“2-3 saat ərzində işgəncə verilən dustaqlara dayanmadan it kimi
hürmək, müxtəlif heyvan səsləri çıxarmaq əmr olunur, təhqir, söyüş yağdırılır,
sonra da gülürdülər”, - N.Pənahlı həmin gün həbsxanadakı vəziyyətə aydınlıq gətirir.
Bu qanunsuzluqlara etiraz olaraq N.Pənahlı aclıq aksiyasına
başlayıb və buna görə 5 sutka müddətinə cərimə otağına (“karsa”) salınıb,
aksiyanı dayandırmadığı üçün daha 5 sutka anoloji cəza təyin edilib və əlavə cəza ala biləcəyilə
hədələnib.
“17 saylı həbsxanada baş verənlərlə bağlı həqiqətləri söyləməyin,
bunu mətbuata yaymağın məsuliyyətini başa düşürəm və bu cəsarətə əvəz olaraq öz
həyatımı ortaya qoyduğumu bilirəm”, - N.Pənahlı onu gözləyən təhlükə haqda cəmiyyətə
mesaj verib. Və məhz
bu müraciətdən sonra onun haqqında daha sərt məhkəmə qərarı çıxıb və onu
Qobustan Qapalı həbsxanasına göndəriblər.
Siyasi məhbuslara təzyiqlər və işgəncələr
Son zamanlar həbsdə olan siyasi məhbusların
saxlanma şəraitində problemlərin və onlara qarşı təzyiqlərin, işgəncələrin
artıdığına dair məlumatlar gəlməkdədir.
Qanunsuz
həbsdə olan, tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin saxlanma şəraitində, vəkilləri ilə
sərbəst və konfidensial ünsiyyət saxlamağa, özünün müdafiə taktikasının
qurulmasında problemlər yaradılır. İ.
Əliyevin öz vəkili vasitəsi ilə Pentensiar Xidmətə ünvanladığı məktubda
saxlandığı kamerada 24 saat işığın yanması, aparılan ərzaqların saxlanılması
üçün soyuducunun olmaması, eyni zamanda ona ünvanlanan və onun özünün yazdığı
məktubların əsassız senzuradan keçirilməsi və Təcridxanadan çıxarılmasının
qarşısının alınması kimi problemlərin olduğunu bildirir. Eyni zamanda
hakimiyyət hazırda Avropa İnsan haqları Məhkəməsində 50- dən yuxarı şikayətlə
bağlı həmin işlər üzrə iddiaçıların qanuni nümayəndəsi olan İntiqam Əliyevin
adı çəkilən qurumla kommunikasiya
qurmasına imkan vermir. Təəssüf ki, qeyd olunan problemləri özündə əks etdirən
şikayətlərə Penitensiar Xidmətdən hər hansı adekvat münasibət yoxdur.
Həbsdə
olan digər tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin psixoloji
təzyiqləri davam edir. Ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar
vasitəsi ilə təzyiq etmək, vaxtaşırı olaraq dərman və digər diabet xəstəsi üçün
lazım olan yeməklərlə təmin olunmasına süni maneçilik yaradılır. Hüquq müdafiəçisinin
vəkillərinin verdiyi məlumata görə Leyla Yunusla bir kamerada
saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova heç bir əsas
olmadan Leyla Yunusa qarşı hücuma keçib, ona hədə qorxu gəlib, onu nalayiq sözlərlə
təhqir edib, əlinə keçən əşyaları Leyla Yunusa atıb. Bu barədə həbsxana rəhbərliyinə
şikayət edilsə də rəhbərlik təzyiq göstərənləri deyil, Leyla Yunusu cəzalandırıb
ona töhmət verib.
Leyla Yunusun vəkilləri bildirirlər ki, ona qarşı
təzyiqlər təkcə dustaqlar vasitəsi ilə deyil, təcridxananın əməkdaşları
tərəfindən də həyata keçirilir. Belə ki, sentyabrın 23-də günün ikinci yarısı
Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov onun kamerasına gəlmiş,
onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada
saçından tutub yerə yıxıb və yerdə sürüyüb. Bu zaman ona ”ağıllanmırsan da,
sən?" deyə, bağırıb. Bundan sonra onun böyründən və başından zərbələr
endirib. Bir sıra ictimai- siyasi təşkilatlar baş verən zorakalıq aktının
Penitensiar Xidmət tərəfindən ört- basdır edilməsi cəhdini olayın arxasında
hakimiyyətin siyasi iradəsinin dayandığını bəyan ediblər.
Məhbuslara işgəncə verən vəzifəli şəxslərin
QARA SİYAHISI;
Həbs edilən
şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar.
İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş
verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə
aşağıda adları qeyd olunan vəzifəli şəxslər dustaqlara daha çox işgəncə veriblər;
1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin
keçmiş rəisi, təqaüddədir
2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi
3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi
4. Əlifağa Qasımov- Sabirabad rayon polis şöbəsinin rəis
müavini
5. Vüsal Şəbəndiyev- DİN Sabirabad polis şöbəsi cinayət
axtarış şöbəsinin rəisi
6. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin keçmiş növbətçi hissə rəisi
7. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı,
hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN- də başqa vəzifəyə keçirilib
8. Azər Seyidov- 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi
9. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının keçmiş rəisi
10. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi
11. Rauf Məmmədov- 12 saylı CÇM- nin rəisi
12. Qacay Aslanov- 17 saylı CÇM- nin keçmiş rəisi müavini
13. Babək İsgəndərov- 17 saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”
14. Aftandil Ağayev- 12 saylı CÇM- nin keçmiş rəisi
15. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi
16. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi
17. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi
18. Əli İbrahimov- 14 saylı CÇM-nin rəisi
19. Nizami Quliyev- Vərəm Dispanserinin rəisi
20. Elçin Əlicanov - 17 saylı CÇM- nin rəisi
21. Fəqan Yaqubov - Bakı İstintaq Təcridxanasının əməkdaşı
və s.
Təəssüflə
qeyd etmək lazımdır ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət
və DİN- də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə
daşıyırlar. Lakin onların qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə nəinki
cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb. Yaş
senzi ilə bağlı pensiya çıxan “işgəncə kralları” isə işlədiyi müddətdə Azərbaycan
insanına qarşı sərgilədiyi qeyri- insani münasibətə və verdiyi işgəncələrə görə
Azərbaycan respublikasının dövlət büdcəsindən pensiya alırlar (!?). Azərbaycan
dünyanın çox az saylı ölkələrindən biridir ki, orada dinc, silahsız və günahsız
insanlara qarşı zor tətbiq edən məmurlar cəzalandırılmır, əksinə onların vəzifələri
artırılır. Pensiyaya çıxdıqda isə ən yüksək səviyyədə (işlədyi müddətdə aldığı
maaşın 80%- i həcmində) məvacib alırlar.
Həbs yerlərində ölüm halları
Təəssüflə qeyd etmək lazımdır ki, vəziyyətin yaxşılaşması əvəzinə bu
sahədə durum ümum ölkə fonunda (yəni ölkədə rejimin sərtləşməsi, sərbəst
toplaşmaq azadlığının məhdudlaşdırılması, internet üzərində nəzarətin gücləndirilməsi,
ictimai- siyasi fəalların qanunsuz həbslərin artması və s.) pisləşməyə doğru
getməkdədir. Həbs yerlərində məhbuslara işgəncə vermə halları davam edib və bir
çox hallarda bu, ölümlə nəticələnir. Son zamanlar həbs yerlərində həbsxana rəhbərliyi
tərəfindən üzləşdiyi qeyri- insani rəftara, haqsızlığa, ümumi sosial, psixi
problemlərə dözməyərək özünə intihar edənlərin sayı artmaqdadır.
Bəzi Cəza Çəkmə Müəssisələrində saxlanma şəraitinin və rəhbərliyin
dustaqlara münasibərinin dözülməz vəziyyətdə olmasına etiraz edən dustaqların
etirazını yatırmaq üçün son illər tez- tez həbsxanalara xüsusi hərbi qüvvələr
yeridilir və məhbuslara divan tutulur. Xeyli sayda insan məhz bu zorakalığın
qurbanı olmuş, həyatını itirmiş, müxtəlif ağır bədən xəsarətləri almışdılar.
Dustaqların intihar etməsi və dünyasını dəyişməsinin başqa səbəbləri
də var. Məsələn, 12 saylı CÇM- nin bir qrup məhbusun aidiyyatı qurumlara
ünvanladığı müraciətdə bildirilir ki, adı çəkilən müəssisədə açıq- aşkar
narkotika satdıran rəhbərliyin bu əməli ölümlə nəticələnsə də qarşısı
alınmır. Belə ki 06 may 2014-cu il tarixdə məhkum Umudov Cavid Cavidan oğlu
yüksək doza narkotika qəbul etdikdən sonra dunyasını dəyişib.
Zaqatala rayon sakini Pərviz Mikayılovun yaxınlarının bildirdiyinə, təqdim
etdikləri foto şəkillərə, şahid ifadələrinə və digər sübutlara görə mərhum
dustaq 16 saylı CÇM- də döyülərək öldürülüb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə Pərviz
Mikayılovun işgəncə verilərək öldürülməsi iddiaları ilə razılaşmır və bildirir
ki, məhbusun psixi problemləri vardı, intihar edib.
Hüquqşünas Yalçın İmanov isə
bildirir ki, psixi problemləri olan dustağın cəzaçəkmə müəssisəsində
saxlanılması qanuna ziddir: «Psixi problemləri
vardısa, cəzaçəkmə müəssisəsində nə işi vardı ki, orada da özünü assın?
Xəstəxanada olubsa, müalicəsi başa çatmadan cəzaçəkmə müəssisəsinə
qaytarılıbsa, bu, yenə qanun pozuntusudur. Tam sağalmayan xəstəni müalicə
müəssisəsində saxlamalı idilər. Dustaq özünü asıbsa, bunun məsuliyyəti
Penitensiar Xidmətin üzərində qalır. Yox, öldürülübsə, artıq bununla bağlı cinayət
işi açılmalıdır».
28 avqust
tarixdə Turac Zeynalov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin təcridxanasında vəfat edib. Əvvəlcə nazirlik iddia etmişdir ki,
ölüm halı dəri xərçəngi ilə əlaqədar olmuşdur və onun sinəsində, arxa nahiyəsində
və qarnındakı yanıqlar və zədələr aldığı şüa terapiyası nəticəsində
yaranmışdır. Bu fikirlər bir sıra QHT-lər tərəfindən şübhə altına alınmışdır.
Zeynalovun yas mərasimində nümayiş edilmiş və 6 dekabr tarixdə internet vasitəsilə
yayılmış video çəkilişdə onun üzərində zorakılıq əlamətlərinin olduğu
görünmüşdür (ABŞ Dövlət Departamentinin
İnsan Hüquqları üzrə hesabatından- red.). Hazırda Turac Zeynalovun ölüm işi
ilə bağlı məsələ Avropa İnsan haqları Məkəməsində icraata götürülüb və bu işlə
bağlı Azərbaycan höküməti ilə kommunikasiya başlanılıb.
Həbs
yerlərində korrupsiya faktları
Azərbaycan
reallığında və təcrübəsində həbs olunan şəxs ilk gündən başlayaraq Müvəqqəti
Saxlama Təcridxanasından İstintaq Təcridxanasına, Cəza Çəkmə Müəssisəsinə və
azadlığa çıxdığı günə qədər korrupsiya burulğanında boğulur. Dustağa göndərilən
yeməkdən tutmuş, onunla görüşə qədər hər şeyin öz qiyməti var. Düstağın
imkanına uyğun olaraq bu qiymətlər dəyişir; artır və azalır. Dustaq Təcridxanaya
düşdüyü ilk gündən rüşvətlə üzləşir. Karantində qalmaq istəmirsə hökmən pul
verməlidir. Hətta Təcridxanalarda kameraların vəziyyətinə və şəraitinə uyğun
olaraq öncədən təyin olunmuş qiymətləri var.
Aparılan araşdırmalara və dustaqların verdiyi məlumatlara görə CÇM- lərin
ərazisində fəaliyyət göstərən bütün xidmət sahələri, ticarı köşklər, dükan və
s. üçün müəssisənin rəhbərliyinə haqq verilir. Məsələn, CÇM- nin rəisinə hər ay
hamamçı 900 manat, yeməkxanaçı 900 manat, telefonçu 2000 manat, ərzaq anbarının
rəhbəri isə daha çox həcmdə rüşvət ödəyir. Hətta bəzi müəssisələrdə məhbusların
yemək, paltar saxladığı və yemək bişirdiyi yerə ayda haqq verirlər. Bir çox həbs
yerlərində köhnəlmiş sistemlə işləyən hamamlar 600- 700 nəfərlik müəssisədə həftənin
2 gününü pulsuz, qalan 5 gününü isə pullu fəaliyyət göstərir.
Məhbus
ailə üzvləri ilə görüş növbəsi çatanda onlardan 10, 20, 50 manat, hətta bəzən
daha yüksək miqdarda rüşvət alırlar. Həftəlik görüş üçün isə giriş qapısından
tutmuş bütün nəzarətçilərə qədər haqq verməlisən. Əks halda dustağı qara günlər
gözləyir. Hətta bəzi həbs yerlərində məhbusla görüşmək üçün onun qanuni vəkillərindən
də şirinlik adı ilə pul alırlar (!?). CÇM- lərində baş verən korrupsiya
hallarına, özbaşınalıqlara, qanunsuzluqlara etiraz edən dustaqlar ya “kars”-a
salınır, ya da fiziki zorakalığa və işgəncəyə məruz qalırlar. Onlara qarşı
başqa cəza növləri də tətbiq edilə bilər.
12 saylı CÇM- də hökm sürən korrupsiya
faktları barədə bu yaxınlarda həmin müəssisədə cəza çəkən bir qrup dövlət
başçısı və digər vəzifəli şəxslərə ünvanladıqları müraciətdə geniş məlumat veriblər.
Dustaqların müraciətində göstərilən faktları cari ilin 26 mayında dövlət
başçısı tərəfindən imzalanan əhf sərəncamı ilə 12 saylı CÇM- dən azadlığa çıxan
keçmiş siyasi məhbus Fuad Hüseynov da təsdiq edir. Müraciətdə qeyd olunur ki, “Məhkumların həftədə 2 dəfə
15-dəqiqə olmaqla doğmaları ilə telefon əlaqəsi yaratmaq nəzərdə tutulur. Ancaq
Müəssisə rəhbərliyinin bazar qanunlarına və qiymətlərinə əasən həftənin bütün
günləri, günün bütün saatlarında 1 cağrışa 5-manat ödəməklə istənilən vaxt
telefonla danışmaq olar. Müəssisə rəhbərliyi tək telefondan hər ay 25 min
manatdan cox pul qazanır. İdman zalında məşqə görə ayda 20 manat, nömrə hamamda
çimmək 5 manat, camaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. CÇM- də 3
kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. 1
caynik cay üçün 2 manat, filmə baxmaq üçün hər məhkum 1 manat, carpayının 1-ci
yarısında yer almaq ücün 150 manat, məcburi əməyə karantində cəlb edilməmək
ücün 200 manat ödəməlisən. Əks halda işləməsən ağır işgəncələrə məruz qalıb “kars”-a
salınıb haqqında tənbeh tədbiri tətbiq ediləcək.
12 saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qacay Aslanov
eyni gündə 29 dekabr 2013-cu tarixdə bu vəzifəyə təyin ediliblər. Həmın vaxta qədər
müəssisədə kompyuter tədrisi ücün xüsusi otaq ayrılıb.13 ədəd kompyuterdə məhkumlara
pulsuz dərs kecirilirdi. Bu cütluyun təyinatından sonra dərslər ləğv edildi və
kompyuterdə saatı 5 manat olmaqla oyunlar oynamağa cevirdilər. Səhər saat 10-dan
axşam saat 21-dək 13 ədəd komputerdə saatı 5 manata oyun oynanılır ki, bu ayda
20-25 min manat edir.
Məhkumları tez-tez təxribata cəkib onlardan pul alırlar. Rəhbər
cutlüyün verdiyi ağır dözülməz işgəncələrin nəticəsində müəssisədə çoxlu sayda
yaralı- xəsarətli məhkumlar var. “Kars”-da qan su yerinə axır. Hər ay sac
qırxımı kecirilir. Sac saxlamaq ücün 1 aya 10 manat pul ödəməlisən ki, buna görə
ən azından 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs
bunu aydın hiss edə bilər. Başında sacı olan və qırxılmış məhkumları görmək
kifayətdir. Maqazində hər şey 3- 4 qat baha qiymətə satılır. Məhkumlara
verilən qidalar yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən cox pis qoxu gəlir.
Məhkumlara ayrılmış ərzaqlar maqazində və əldə satdırılır. Çürümüş kartof- soğandan,
texniki yağdan, vaxtı ötmüş ərzaqlardan hazırlanan yeməyi daimi yeyib sağlam
qalmaq mümkünsüzdür. Elə buna görədir ki, müayinədən kecirilən zaman 700-ə
yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edildi. Yataqxanalarda
sıxlıq, anti-sanitariya havasızlıq hökm sürür. 1 korpusda 130 nəfərə
yaxın məhkum saxlanılsa da 3 ədəd tualet, 3 su krantı var ki, bu da uzun-uzadı
növbələr yaradır, buna görə mübahisələr dava-dalaşlar olur. Bundan ancaq müəssisə
rəhbərliyi yararlanıb dava-mübahisə edən məhkumlardan pul alırlar ki, əks təqdirdə
karsa salıb, işgəncə verəcəklər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar 1 aya
300 manat verib uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri
150-200 manat rüşvətlə tətbiq edilir. Cari ilin sonunadək 400 nəfər məhkumun cəzasının
sonudur. Bu da o deməkdir ki, onlar cəzalarının dörddə üc hissəsindən
coxunu cəkiblər, ancaq rəhbərliyin qoyduğu rüşvəti ödəyə bilmədikləri
ücün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər.
Cünki məhkəməyə işləri CÇM rəhbərliyi təqdim edir. Məhkumların görüşünə gələn
qohumları ancaq ərzaq məhsulları gətirirlər ki, bu da burada verilən qidanın qəbulunun
mümkünsüz olduğunun əyani sübutudur. Məhkuma qohumu tərəfindən verilən hər 100
manat pula görə müssəsisə rəhbərliyi 30 manat pul alır. Müəssisə rəisi işə cox
vaxt ickili kefli vəziyyətdə gəlib, məhkumların yoxlanılması vaxtı məhkum
kütləsi qarşısında nalayiq söyüşlər söyur. 12 saylı CÇM- də məhkumların özlərinə
yemək bişirib cay dəmləmələri ücün ayrılmış yerdə maye qazının tərkibində dəm
qazı həddindən artıq cox olduğundan bu, ağır xəstəliklərə gətirib cıxarır.
Ancaq qarşısını alan yoxdur. Tez-tez qaz, işıq, su kəsilir ki, buna görə əziyyət
cəkirik. Müəssisədə 300 nəfərdən cox məhkumun adı işə yazılıb. Onların əvəzinə
rəhbərlik imza edib, əmək haqlarını mənimsəyirlər ki, bu hər aya 20.000 manat pul edir. Cəmi
60-70 nəfər işləyir. Ancaq 300 nəfərin adı işə yazılıb. Müəssisədə istehsal
olunan nərdtaxtalar təsbehlər, evciklər və s. əşyalar satışa cıxarılır, əldə
edilən pulları rəhbərlik mənimsəyir. Dövlətə hec bir vergi ödənilmir. Ümumiyyətlə,
12-saylı CÇM- də hec bir dövlət qanunları işləmir. Burda korrupsiya şəbəkəsinin özəl qanunları işləyir
ki bunun qarşısı mütləq alınmalıdır”.
Müraciətin mətbuatda dərcindən sonra məktuba imza atmış məhbuslar həbsxananın
rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalaraq onlardan öz şikayətlərini
və imzalalarını geri götürmələri tələb olunub. Müraciəti imzalamış şəxslərdən
biri, 12 saylı CÇM- də cəza çəkən məhbus Hüseynov Ceyhun Əbülhəsən oğlu adı çəkilən
həbsxananın rəhbərliyi tərəfindən ciddi təzyiqlərə və zorakalıqlara məruz
qalıb. Onun həyat yoldaşı Hüseynova Esmira “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansına müraciət edərək şikayətlərini davam etdirən ərinin öz tələblərində
israr etdiyinə görə ağır işgəncələrə məruz qaldığını bildirib; “Onu şikayət
etdiyinə görə əvvəlcə təklif ediblər ki, şikayətini geri götür və bildir ki, mən
belə məktub yazmamışam və şikayətçi deyiləm. Lakin Ceyhun razılaşmayıb. Sonra
onu çox pis döyüblər. Elə hala salmışdlar ki, görüşəndə tanıya bilmədim. Sonra
bir də tələb ediblər ki, ərizəni geri götür və bir də şikayət etmə. Amma o
israr edib şikayətlərinin araşdırılmasını tələb edib. Buna görə aclıq aksiyasına
başlayıb. Bundan sonra ərimi yenidən döyüb bir neçə gün öncə “kars”-a salıblar.
Onu öldürmək istəyirlər. Həyat yoldaşımın vəziyyəti çox ağırdır, həyatı təhlükədədir,
xahiş edirəm kömək edin”.
Aparılan araşdırmalar və verilən məlumatlar göstərir ki, 12 saylı
CÇM- də olan bərbad vəziyyət digər həbsxanalarda da hökm sürür.
Bəzi CÇM- lərində məhbusa havanı da pulla satırlar
Məhkumlar
cəzanın 1/3, ½ hissəsini çəkdikdə onların daha yüngül cəza ilə- şərti cəza ilə
azad olma hüququ var. Bu hüquqdan istifadə CÇM rəisinin rəyindən asılıdır.
Siyasi məhbuslar istisna olmaqla bu barədə müsbət rəy yazmaq və dustağa mukafat
yazdırmaq konkret məbləğlə həyata keçirilir. Bu məqsədlə müəssisələrdə tez- tez
iclaslar keçirilir. 1/3- in qiyməti ayı 200- 250 manat, ½- in qiyməti ayı 300- 400
manatdır. Qatı cinayətkarlar belə pulunu verib vaxtından əvvəl bu imkanlardan
istifadə edə bilər.
Evlə
telefonla danışmaq qanunla təsbit edilsə də bunun üçün də nəzarətçilərə
şirinlik verilməlidir. Bəzi CÇM- lərinin ərazisində müəssisə rəhbərliyi tərəfindən
kirayə evlər tikib məhkumlara ayı 150- 200 manata kirayəyə verirlər. Məhkumlar
kirayədə yaşasın deyə böyük əksəriyyətin yaşadığı yerlər bərbad vəziyyətdə,
baxımsız saxlanılır.
CÇM-
lərdə korrupsiya nəticəsində dustağa hökümət tərəfindən ayrılan ərzağın,
geyimin və dərmanların hec 10%- i catmir. Ona görə dustaqlar bunların
hamısını evdən gətizdirirlər. Müəssisələrdəki dükanlarda mallar baha qiymətə
satılır, ağır xəstələr və narkomaniyadan mualiçə olmaq ücün Mərkəzi
Xəstəxanaya göndərilmək ücün rüşvət verməlidir.
Cəza
Çəkmə Müəssisələrində vəziyyət acınacaqlıdır. Rüşvətxorluq bir kabus kimi
burada dolaşmaqdadır. İnsan hüquq və azadlığı deyilən məhfumdan isə danışmaq
belə qorxuludur. Az hallarda bu “Azadlıq Femidası”-ndan nisbətən siyasi məhbuslar,
jurnalistlər az qala həyatı bahasına faydalana bilir. Hətta
bəzi təcridxanalarda dustağın çıxıb hava almasına, kameralardakı gözlüklərin
("qarmoşka”-ların) açılmasına görə də məhbuslardan rüşvət alırlar. Yəni məhbusa
havanı da pulla satırlar.
|
Həbs yerlərində yığılan rüşvətin təyinatı və həcminı cədvəl
şəkilində aşağıdakı kimi təqdim etmək olar;
Cədvəl 2. |
|
||
|
Sıra Sayı |
Alınan rüşvəyin təyinatı |
Rüşvətin həcmi |
Qanunda dövlət rusumu nəzərdə
tutulurmu? |
|
|
1. |
Məhbusa
sovqat və ya bağlama
göndərmək |
5- 15 manat |
Xeyr |
|
|
2. |
Məhbusla
görüş |
20-100 manat |
Xeyr |
|
|
3. |
Aşağı
çarpayıda yatmaq |
150- 200 manat |
Xeyr |
|
|
4. |
“Burjuysku”
kamerada yer almaq |
500- 2000 manat |
Xeyr |
|
|
5. |
CÇM- lərdə
xüsusi otaqlarda qalmaq |
1 ayı 150-300 manat |
Xeyr |
|
|
6. |
Saç
saxlamaq |
10- 20 manat |
Xeyr |
|
|
7. |
İdman
zalında məşq etmək |
10-30 manat |
Xeyr |
|
|
8. |
Telefonla
danışmaq |
5- 15 manat |
Xeyr |
|
|
9. |
½- lə
vaxtından qabaq azad olmaq |
ayı 350- 400 manat |
Xeyr |
|
|
9. |
1/3- lə
vaxtından qabaq azadlığa çıxmaq |
ayı 200- 250 manat |
Xeyr |
|
|
10. |
Fərdi
qaydada hamamda çimmək |
5 manat |
Xeyr |
|
|
11. |
Camaşırxanada
paltar yumaq |
1 paltar 50 qəpik-1 manat |
Xeyr |
|
|
12. |
Tibbi Müəsissəyə
(“Sançasta”) getmək |
200- 500 manat |
Xeyr |
|
|
13. |
Əlavə
olaraq Tibbi Müəsissədə qalmaq |
ayı 150- 200 manat |
Xeyr |
|
|
14. |
Uzun müddətli
görüş almaq |
150- 300 manat |
Xeyr |
|
|
15. |
“Karmoşka”-
nı (gözlüyü) açdırmaq |
1 saatı 5
manat |
Xeyr |
|
|
16. |
Kamerada
vintiliyator və elektrik pilətələrinin saxlanması |
1 ayı 10-
30 manat |
Xeyr |
|
|
17. |
Yeməkxanada
yemək |
1
porsiyası 3- 7 manat |
Xeyr |
|
|
18. |
Çarpayının
1- ci yarısında yer almaq |
150- 200
manat |
Xeyr |
|
|
19. |
Karantindı
məcburi əməyə cəlb edilməmək üçün |
250- 300
manat |
Xeyr |
|
|
20. |
Kompyuter
mərkəzində oyun oynamaq |
saatı 5
manat |
Xeyr |
|
Qeyd; Həbs yerlərində olan maqazinlərdə qiymətlər adi
qiymətlərdən 1,5- 4 dəfə bahadır
Qobustan Qapalı həbsxanasında vəziyyət
Qobustan Qapalı həbsxanası daha çox ağır cinayət törətmiş və ya ağır cəzaya
məhkum edilmiş dustaqların saxlandığı yerdir. Qobustanda saxlanılan, eləcə də
ömürlük həbs cəzasına məhkum edilənlərin saxlanma şəraiti və hüquqları ilə
bağlı vəziyyət onların ailə üzvlərinin, eləcə də bir sıra yerli və beynəlxalq təşkilatların,
hüquq müdafiəçilərinin verdiyi məlumata görə daha acınacaqlı vəziyyətdədir.
Oğlu ömürlük həbc cəzası alaraq 17 ildir ki, Qobustan Qapalı həbsxanasında
saxlanılan Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri
Müslümət Rzaxanovanın bildirdiyinə görə bu növ
kateqoriyadan olan məhbusların arasında öz hüquqlarını müdafiə edən, köməyi,
dayağı olmayan, imkansız dustaqlara qarşı demək olar ki, repressiv şərait
yaradılıb. "Onlara qarşı edilən zorakalıq və insan ləyaqətini alçaldan digər
cinayət xarakterli hərəkətlər barədə Ədliyyə nazirliyinə, Penitensiar Xidmətə,
Ombudsman Aparatına, Prezidentə və s. ünvanlara göndərilən məktublara ciddi
senzura tətbiq edilir, əksər hallarda məktublar ünvanlarına göndərilmir. Şikayət
edən məhbuslara qarşı xüsusi rejim tətbiq edilir. Hətta xəstə məhbusla bir
kamerada saxlanılan məhbus kamerasının dəyişdirilməsini tələb etdikdə 10 sutka
cərimə təcridxanasında cəza verilir. Öz vəsaitləri hesabına təmir etdirdikləri
kameradan çıxarılıb tamamilə təmirsiz, yararsız kameraya köçürülür. Məhbuslar
arasında onların imkanlarına uyğun olaraq fərq qoyulur. Bəzi məhbuslar müasir
radio və televiziya verilişlərinə baxmaq imkanı ilə təmin edildikləri halda digər
imkansız dustaqlar bundan məhrum edilir. Məhbuslara mətbuatdan (qəzet və
jurnaldan) istifadə etmək yasaqdır. Ən ağrılısı isə məhbuslara göstərilən tibbi
xidmətin yararsız, keyfiyyətsiz olması ilə bağlıdır. Müəssisənin tibbi- sanitar
şöbəsinin müdiri Niyazi Eyvazov tibbi yardıma ehtiyacı olan dustaqlar arasında
fərq qoyur, imkansız məhbuslara tibbi yardım göstərilmir, onlar tibb məntəqəsinə,
həkim nəzarətinə ən vacib halda ehtiyac olduqda belə köçürülmür. Burda hər şey
pulla alınıb satılır. Bu yaxınlarda həbsxanaya dövlət tərəfindən məhbuslara
paylanması üçün məişət avadanlıqları, geyim əşyaları verilib. Lakin həbsxana rəisinin
göstərişi ilə bu əşyalar "xüsusi” məhbuslara verilib. Problemlərdən ən əsası
telefon danışıqlarına qoyulmuş məhdudiyyətdir. Bir neçə ay öncə tətbiqinə
başlanılmış "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının
təmin edilməsi haqqında” Qanuna görə ömürlük məhbuslara həftədə bir dəfə
telefon danışıqları verilməli halda buna həbsxana rəisi məhdudiyyət qoyub. Bir
çox hallarda məhbusun valideyninə və yaxınlarına yalan məlumat verərək "məhbus
danışmaq istəmir” deyirlər. Ən ağır repressiv təzyiqlərə məruz qalanlardan biri
də mənim oğlum Rzaxanov Şakirdir. İstər oğlum, istərsə də mən bu repressiyalara
son qoyulması üçün əlaqədar şəxslərə etdiyimiz müraciətlər nəticəsində oğluma
saxta ittihamlar tərtib edilir, sənədləri yararsız hala salınır. Oğlum telefon
danışıqlarından tez- tez məhrum olunmaqla yanaşı rəisin göstərişi ilə onun hər
hansı müraciətlərinə qadağa qoyulur. Belə hərəkətlər şikayət edən, hüququnu müdafiə
edən məhbuslara tətbiq edilir. Uzun illər oğlumun etibarnaməsi ilə ona hüququ
yardım göstərmişəm. Hazırda onun etibarnaməsində imzası təsdiq olunmur. Bütün
bu halların Penitensiar Xidmətin rəhbərliyinin nəzarətində olduğuna şübhə etmirəm.
Bunları və digər halları təsdiq edəcək müraciətlər mövcuddur. Mən bunları təqdim
edə bilərəm”.
Bir sıra beynəlxaq qurumların, o cümlədən ABŞ Dövlət Departamentinin dərc
etdiyi hesabatda da Qobustan
Qapalı Həbsxanasındakı şəraitin pis olması barədə məlumatlar əks olunub.
“Ömürlüklər”- in ömürlük problemi”¦
Yeri gəlmişkən qeyd edək ki, məhbuslar arasında hazırda problem olan və
hüquqları tapdanan dustaqlardan bir hissəsi də ömürlük həbsə məhkum edilmiş şəxslərdir.
Onlar haqqında məhkəmə qərarı çıxarılarkən (1990- cı illərin ortaları- red.) Azərbaycanda
ölüm hökmü mövcud idi. Sonradan ölüm hökmü ləğv edilsə də həmin məhbusların cəzaları
müddətsiz olaraq ömürlük həbs cəzası ilə əvəz edildi. Həmin məhbusların özləri
və yaxınları bir neçə dəfə onların məsələsinə yenidən baxılması təşəbbüsü ilə
çıxış ediblər. Hətta bu yaxınlarda "ömürlük məhbuslar”- ın bir hissəsi
uzun müddətli aclıq aksiyası keçirərək ictimai diqqəti bu problemə yönəltməyə
çalışdılar. Aidiyyatı qurumlar arasında məsələyə münasibət fərqli olduğundan
problemin həlli ilə bağlı hər hansı addım atılmır.
74 ömürlük məhbusun adından 25 ildir məhkumluq həyatı
yaşayan, ömürlük həbs cəzası rejimində saxlanan Quliyev Əli Cahangir oğlu
prezident İlham Əliyevə etdiyi müraciətdə “ömürlüklər”- in üzləşdiyi problem
hüquqi əsaslarla aydın izah edir. Müraciətdə deyilir; Hörmətli president,
çoxsaylı məhkumların adından nəzərinizə çatdırıram ki, biz Azərbaycan
Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi
10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında,
kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunmuşuq. Həmin
qanunun 4-cü bəndində qeyd edilir ki, “Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına
məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz
edilsin”.
Xatırladıram
ki, adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə
minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən
ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi bizim ömürlük məhkum
olunduğumuza dair nə bir müvafiq qanun, nə də bir məhkəmə qərarı var.
Yuxarıda
adıçəkilən qanun pozuntusu ilə əlaqədar AŞPA-nın da 16 aprel 2007-ci il tarixli
1545 nömrəli qətnaməsinin 8.9-cu bəndində deyilir ki, “ölüm cəzasının ləğvi ilə
əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən
baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına
müvafiq cəza təyin edilməlidir”.
Azərbaycan
Respublikasında ölüm cəzası ləğv edildiyi zaman “Cinayət qanununun zamana görə
qüvvəsi” hüquqi prinsipi kobudcasına pozulub. Həmin hüquqi prinsipə əsasən 128
nəfər məhkumun işinə fərdi qaydada məhkəmə instansiyalarında baxılmalı və köhnə
Cinayət Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq hər birimizə 15 il azadlıqdan
məhrumetmə və ya prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər
uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilməli idi. Qanunverici orqan olan
Milli Məclisin məhkəmə səlahiyyətlərini mənimsəyərək həmin ərəfədə ölüm cəzası
altında olan 128 nəfərə tətbiq etdiyi ömürlük həbs cəzası Azərbaycan
Respublikası qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq
normalarına və Avropa Konvensiyasına tamamilə ziddir. Belə ki, Azərbaycan
Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi
vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi
aktların qüvvəsi geriyə şamil edilmir”.
Tərəfdarı
olduğumuz BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 11 (2)-ci maddəsinə əsasən,
“heç kəs cinayətin törədildiyi zaman tətbiq ediləsi cəzadan daha ağır cəzalandırıla
bilməz”. Bu hüquqi prinsip eynilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq
Paktın 15(1)-ci maddəsində və Avropa Konvensiyasının 7(1)-ci maddəsində öz əksini
tapıb. Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə görə, “Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında
ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.
Hörmətli
prezident, haqsızlığa uğradığımız gündən bu günə kimi 128 məhkumdan yalnız 74 nəfəri
sağ qalıb. Ölüm
cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub.
Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstə
və cəzalarını 20 ildən çox çəkmişlərdir. Bu yaxınlarda çıxışlarınızın birində
qeyd etmişdiniz ki, “Ədalətsiz qərar ədalətə qarşı ədalətsizlikdir”. Vaxtilə biz
də - 128 nəfər məhkum ədalətsiz qərarın qurbanı olmuşuq. Sizdən çox xahiş edirəm
ki, uğradığımız haqsızlığa və saxlandığımız ağır şəraitdə çəkdiyimiz zülmə son
qoymaq üçün, ədalət naminə bizi əfv edəsiniz”.
Yeri gəlmişkən qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş 128 məhbusdan
bu gün cəmi 74 nəfəri sağ qalıb. Onlar arasında yaşı 70, hətta 80-i ötmüş, görmə
qabiliyyətini tam itirmiş, 19, 20, 25 ilədək cəza çəkən məhbuslar var.
Milli Məclisin
yol verdiyi Qanun pozuntusu nəticəsində 128 nəfərdən 43 nəfəri müxtəlif
səbəblərdən dünyasını dəyib, 11 nəfər əfv olunub (Müzamil Abdullayev, Nəriman
İmranov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Eldar Əliyev, Mahir Məmmədov,
Etibar İsrafil oğlu İsmailov, Təbriz Ağabala oğlu İsmayılov, Elxan Allahverdiyev,
İqor Krianovski ekctradisiyadan sonra azad olunub ).
İnformasiya sorğularının cavablandırılmaması
Cəza Çəkmə
Müəssisələrinin idarə olunmasına məsul olan Penitensiar Xidmət hazırda daha çox
qapalı səhmdar cəmiyyətini xatrladır. İstintaq Təcridxanalarına və Cəza Çəkmə
Müəsisələrinə gerçək və obyektiv ictimai nəzarət yox səviyyəsindədir. Ədliyyə
naziri yanında fəaliyyət göstərən İctimai Komitə bilavasitə nazir Fikrət Məmmədovun
iradəsi ilə formalaşır ki, bu qurumun həbsxanalara nəzarəti, məhbus hüquqlarını
qoruması formal xarakter daşıyır və daha çox inzibatı müdaxilələri, məhbuslara
qarşı həyata keçirilən repressiyaları pərdələmək və bu prosesə imitasiya
görüntüsü yaratmağa xidmət edir. Penitensiar Xidmətin rəisi Mədət Quliyevin
göstərişi ilə müstəqil QHT- lərin, vətəndaş cəmiyyəti fəallarının həbxanalarda
ictimai monitorinqlər aparamasına, düstaqlarla görüşməsinə imkan verilmir. O eyni zamanda həbs yerlərində olan vəziyyət,
dustaqların durumu və bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitlərlə
bağlı vətəndaş cəmiyyəti institutlarının informasiya sorğularını da
cavablandırmaqdan açıq- aşkar imtina edir. Mədət Quliyev bu hərəkətləri ilə nəinki
Avropa Penitensiar Qaydaları haqqında beynəlxalq Konvensiyanın tələblərini
pozur, həmçinin “İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı
haqqında” Qanunların, həmçinin Azərbaycan respublikasının Konistitusiyasınının
müvafiq maddələrini pozur. Məsələn, "Siyasi
Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən Penitensiar Xidmətin rəisi
Mədət Quliyevə ünvanlanan informasiya sorğusunda "İnformasiya əldə etmək
haqqında” Qanuna uyğun şəkildə aşağıdakı suallları cavablandırılması istənilib;
- Azərbaycan respublikası
ərazisində olan İstintaq Təcridxanaları və CÇM- lərin sayı;
- İstintaq Təcridxanaları və Cəza Çəkmə
Müəssisələrinin hazırkı texniki vəziyyəti və dustaqların saxlanma şəraiti;
- Rayonlarda inşa olunan yeni həbsxanaların
sayı;
- İstintaq Təcridxanası və CÇM- lərdə cəza çəkən dustaqların sayı;
- "Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində son zamanlar atılan
addımlar;
- Penitensiar Xidmət tərəfindən bir çox hüquq
müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan şəxslərlə görüşünə
icazələrin verilməməsi səbəbi;
- Məhbusların saxlanma
şəraitinin yaxşılaşdırılması üçün son illər görülən tədbirlər;
- Məhbusların qida təminatının
yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial problemlərin həlli
ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi
və bir məhbusun saxlanması üçün büdcədən ayrılan vəsaitin həcmi;
- 2012- cü ildə həbs yerlərində dünyasını
dəyişən məhbusların sayı;
- 2012- ci ildə Penitensiar Xidmətin
Tibb Müəssisəsinə göndərilən və müalicə alan məhbusların sayı;
- Məhbusları narahat edən xəstəliklər;
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycandakı Penitensiar Xidmət sahəsində
olan məlumatları nöqtəsinə, vegülünə qədər beynəlxalq təşkilatlara təqdim edən adı
çəkilən qurum bu məlumatları Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə
bölüşmək istəmir. "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Mədət
Quliyevi yuxarıdakı soğrunu cavablandırmadığı üçün məhkəməyə verib. Bütün
bunlar onu göstərir ki, Penitensiar Xidmətin şəffaflığı, cəmiyyətə açıqlığı və
vətəndaş cəmiyyəti ilə əməkdaşlığı yalnız quru sözdə və kağız üzərindədir.
Penitensiar Xidmətdən insanlığa və
qanunlara sığmayan hərəkətlər
Penitensiar
Xidmətin fəaliyyəti təkcə qanunsuz əməllərlə, işgəncə, korrupsiya faktları ilə
deyil, eyni zamanda insanlığa sığmayan hərəkətləri ilə də özünü göstərir. Bəzən
Penitensiar Xidmətdə çalışan şəxslərin özləri həbs yerlərinə narkotika və
uyuşdurucu maddələr keçirirlər, dustaqlara öz ailələri ilə görüşünə icazə
verilmir, bunun üçün onlardan rüşvət alınır. Yeri gəlmişkən qeyd edək ki, bu
barədə məlumatların mövcudluğunu bəzən Penitensiar Xidmətin özü açıqlayır. Hətta
bəzən yaxınları, ailə üzvü rəhmətə gedən məhbusları onların dəfnində və yas məclisində
iştirak etməyə imkan vermirlər. Keçən il siyasi məhbus Nemət Pənahlının anası dünyasını
dəyişərkən insanlığa sığmayan anoloji hərəkət ona qarşı edilmişdi. 2014- cü
ilin fevral ayında isə 12 saylı Cəza Çəkmə
Müəssisəsində saxlanılan məhbus jurnalist Fuad Hüseynovun atası rəhmətə gedib.
Bu barədə Penitensiar Xidmətin rəhbərliyinə onun ailə üzvləri tərəfindən müraciət
edilsə də onun atasının yas məclisində iştirakına imkan verilməyib. Halbu ki
qanunvericilik yaxını, ailə üzvü dünyasını dəyişən zaman məhbusun onun dəfn və
hüzr mərasimində iştirakına icazə verir. Belə misalların sayı çoxdur.
Azərbaycanda siyasi məhbus problemi
Azərbaycanda
siyasi məhbus problemi artıq son illərin ən aktual problemlərindən birinə
çevrilib. Bu da onunla bağlıdır ki, ölkədə avtoritar idarəçilik gücləndirildikcə,
söz, mətbuat, ifadə, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırldıqca ictimai-
siyasi fəaliyyətlə məşğul olan şəxslərin həbs sayı da durmadan artıb.
Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın ən çox vicdan və siyasi məhbusların
olduğu avtoritar ölkələrdən birinə çevrilməkdədir.
Siyasi
motivli həbslərin və azadlıqdan məhrum edilmələrin sayı 26 yanvar 2013-cü il
tarixdə Avropa Şurası Parlament Assembleyasında “Azərbaycanda siyasi məhbus məsələsinə
baxış” üzrə Qətnamənin qəbul edilməməsindən sonra daha da artmış və rəsmi
Bakının 14 may 2014-cü ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə
başlaması da vəziyyəti müsbətə doğru dəyişməmişdir.
Uzun müddət
ölkədə siyasi məhbusların vahid siyahısının hazırlanması, daha doğrusu ictimai
siyasi fəaliyyətinə görə həbs olunanlar içində kimlərin siyasi məhbus olmasına
dair razılaşdırılmış yekun siyahını tərtib etmək mümkün olmamışdı. Tanınmış hüquq
müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun həbsindən sonra onların ərsəyə gətirdikləri
ayrı- ayrı məhbus siyahıları əsasında bir sıra ekspertlərin, hüquqşünasların, vəkillərin,
hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun iştirakı ilə
birgə siyasi məhbuslar siyahısı hazırlanmış və siyahı 12 avqust 2014- cü ildə
ictimaiyyətə elan edilib. 98 siyasi və vicdan məhbusunun adı və onların işləri
üzrə məlumatların əks olunduğu siyahı Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş
kriteriyalar əsasında hazırlanmaqla ölkədə həbsdə olan siyası məhbusların
sayını və real mənzərəsini əsasən əks etdirir.
Azərbaycanda
həbs yerlərində saxlanma şəraitinin yaxşılaşmasını, məhbus hüquqlarının
qorunmasını, eləcə də “Siyasi Məhbuslarsız Azərbaycan” ideyasının reallaşmasını
qarşısına məqsəd qoyan “Siyasi Məhbuslarsız
Azərbaycan” İctimai Alyansı İşçi Qrupunun hazırladığı vahid siyasi məhbus
siyahısını dəstəklədiyini bildirməklə yanaşı qeyd edib ki, Alyans siyasi motivlərlə
həbs olunan, adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların
da adlarının və onlarla bağlı cinayət işi ilə əlaqədar məlumatların İşçi
Qrupuna təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyans da apardığı araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbusların
sayı 100 nəfərdən xeyli artıqdır. Siyasi təqiblər üzündən həbs olunan bir çox şəxslər
təəssüflə qeyd etmək lazımdır ki, indiyə qədər təqdim olunan siyahıların heç
birində qeyd edilmir. Yəni siyahılarda əsasən o insanların adları qeyd olunur
ki, onlar daha çox tanınır və həmin məhbusların müdafiəçiləri, yaxınları
onların adlarını hüquq müdafiəçilərinə təqdim edirlər. Amma elə siyasi məhbuslar
var ki, onların adları heç bir siyahıda yoxdur. Məsələn, fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad
Abdullayevin yaydığı məlum videolarda ondan 2003- cü ildə oğurlanmış qardaşı
Mahir Abdullayevin qaytarılması müqabilində böyük həcmdə rüşvət alan vəzifəli şəxsləri
ifşa etdikdən sonra hakimiyyət zərərçəkəni susdurmaq üçün onun qardaşı oğlu, Kürdəmir rayonunda sadə kənd həyatı yaşayan
Mübariz Abdullayevi həbs edir, işgəncə altında ondan etirafedici ifadə alır
və 10 il müddətə azadlıqdan məhrum edir. Məhz Elşad Abdullayevin “mandat
alveri” videosundan sonra 10 il öncə baş vermiş hadisəyə görə absurd şəkildə zərərçəkənin
qardaşı oğlu Mübariz Abdullayevin məhkəmə zalında qandallanıb həbs olunması
hakimiyyətin siyasi maraqlarından və onu ifşa edən sabiq rektordan qisas almaq,
eyni zamanda baş vermiş cinayətin ünvanını dəyişdirmək cəhdindən doğur. Halbu
ki, ABU- nun sabiq rektorunun yaydığı video materialların heç birində Mahir
Abdullayevin qaytarılması üçün pul tələb edənlərin arasında Mübariz Abdullayev
yoxdur və Elşad Abdullayev bildirib ki, qardaşı oğlu o adamların arasında
olmayıb, ola da bilməz. Sadəcə hakimiyyət Elşad Abdullayevi susdurmaq və ondan
qisas almaq üçün onun qardaşı oğlunu heç bir səbəb olmadan 10 il müddətinə həbsə
atır.
Başqa bir misal; “Kanal13” internet
televiziyasının əməkdaşı, Klassik Xalq Cəbhəsi Partiyasının Tovuz
rayon şöbəsindən Ali Məclisin üzvü Vüqar İsmayılov Cinayət Məcəlləsinin
221.3- cü maddəsi ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum
edilib. Nəqliyyat Nazirliyinin əməkdaşlarının şikayəti ilə həbs edilən Vüqar
İsmayılov 2013- cü il seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənli ilə
bağlı keçirilən imza və təbliğat kampaniyasında yaxından iştirak etdiyinə görə
7 sutka inzibati həbs cəzasına məruz qalmışdı. KXCP və digər bir sıra qurumlar,
hüquq müdafiəçiləri yerli ictimai fəalın məhz ictimai- siyasi fəaliyyətinə görə
şərlənərək həbs edildiyi qənaətindədir.
Tanınmış meyxana ustası Bayram Kürdəxanlının həbsində də siyasi çalarların olduğu bildirilir. Belə ki, yerli
sakinlərin verdiyi məlumata görə onun yaşadığı kəndin ərazisindən keçən
“Dairəvi yol”- un çəkilişi zamanı təsir altına düşən torpaqlar üçün ayrılan
kompensasiyaların bir hissəsi bələdiyyə və rayon icra hakimiyyətinin məsul
şəxsləri tərəfindən mənimsənilib. Kənd camaatının etirazına dəstək verən Bayram
Kürdəxanlı haqq səsinin qaldırmasının qurbanı olub. Xatırladaq ki, yerli
sakinlərin etirazından sonra Kürdəxanı kəndinin icra nümayəndəsi və bələdiyyə
sədri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda hakimiyyət etirazları
sakitləşdirmək üçün bir neçə yerli fəalı, o cümlədən Bayram Kürdəxanlını da
həbs edib.
Həbs edilən “Azadlıq” qəzetinin əməkdaşı,
“Azərbaycan saatı” verilişinin aparıcılarından biri Seymur Həzi və AXCP fəalı Murad Adilovun həbsinin siyasi motivli
olması isə heç kimdə şübhə doğurmadığından onların da adları “siyasi məhbus
siyahısı”- na əlavə edilməlidir. Yeri gəlmişkən qeyd edək ki, yaxınlarının və
vəkilinin verdiyi məlumata görə Murad Adilov həbs edilərkən fiziki zorakalığa
və işgəncəyə məruz qalıb. Lakin məhkəmə ona qarşı törədilən bu qanunsuzluğa
obyektiv qiymət verməyib.
Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət siyasi
məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları həbsə atır,
problemin mövcudluğunu inkar edir, ən yaxşı halda formal İşçi Qrupları
formalaşdırmaqla görüntü yaratmağa, vaxt qazanmağa çalışır. Bu yaxınlarda Avropa
Şurasının baş katibi Turbyern Yaqlandanın təşəbbüsü ilə problemin həlli ilə
bağlı İnsan Haqları üzrə İşçi Qrupun yaradılması da yuxarıda deyilən fikirlərə
misal kimi göstərilə bilər. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı siyasi məhbus
probleminin həlli istiqamətində atılan addımları, o cümlədən cənab Yaqlandın təşəbbüsü
ilə İşçi Qrupun yaradılması ideyasını təqdir etsə də Qrupun formalaşması və fəaliyyəti
ilə bağlı razılaşmadığı bir sıra məqamları qeyd edib. Bunlar aşağıdakılardır;
İşçi Qrupu cəmiyyətdən gizli və qapalı formalaşdırılıb, bu proses
açıq, şəffaf və obyektiv keçirilməyib;
İşçi Qrupunun məqsədi, məramı, fəaliyyət prinsipləri və statusu aydın
deyil, mücərrəddir;
İşçi Qrupuna üzv seçmək və seçilmək prosedurları aydın və ədalətli təşkil edilməyib;
Daha çox siyasi məhbus probleminin həlli üçün yaradılan İşçi
Qrupunun adı, formatı, fəaliyyət prinsipləri qurumun qarşıya qoyduğu məqsədlərə adekvat
deyil;
Hakimiyyət yetkillilərinin rəhbərlik etdiyi İşçi Qrupun tərkibi əsasən
iqtidar və iqtidar yönlü şəxslərdən təşkil olunub ki, onların əksəriyyəti ölkədə
siyasi məhbus probleminin olmadığını iddia edirlər;
İşçi Qrupun hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq məqsədilə
yaradıldığı bəyan edilsə də əslində bu, hökümətin özü- özü ilə dialoq-monoloq cəhdidir;
İşçi Qrupunun tərkibinə müstəqil vətəndaş cəmiyyətinin, eləcə də həbsdə
olan siyasi məhbusların əksəriyyəti etimadsızlıq göstərir;
Ölkədə real şəkildə insan haqları və siyasi məhbus problem ilə məşğul
olan aparıcı müstəqil hüquq müdafiəçiləri quruma daxil edilməyib;
Araşdırmaçı jurnalist Xədicə İsmayılın İşçi Qrupa dəvət edilib
sonradan onun qurumda fəaliyyətinə imkan verilməməsi Qrupun fərqli fikirliliyə
açıq olmadığını göstərir və s.
Qeyd olunan və olunmayan bəzi məqamlar onu göstərir ki, yeni
formalaşan İşçi Qrupun Azərbaycanda insan haqlarının qorunmasına, siyasi məhbus
probleminin həllinə obyektiv və ədalətli yanaşacağı inandırıcı deyil. Əslində
görünən və mövcud olan problemin həlli əvəzinə yerli və beynəlxalq təzyiqlərin qarşılığında görüntü
yaratmağa və vaxt qazanmağa hesablanmış belə qurumların yaranması hazırkı vəziyyətə
və şəraitə qeyri- münasibdir. Ölkədə 100- dən çox siyasi məhbusu həbsxanalarda
girov saxlayan hakimiyyət öz nəzarətində olan parlamentarilərin, məmurların və
hüquq- müdafiə təşkilatlarının iştirakı ilə formal qurumlar yaratmaqdansa bir
başa problemin həllinə başlaması, həbsdə olan ictimai-siyasi, hüquq müdafiə,
dini, jurnalist və s. fəaliyyətinə görə
həbs olunanları dərhal azadlığa buraxması daha düzgün və real olardı.
98 nəfərlik siyasi məhbus siyahısına nəzər...
Siyahıda
yer alan 98 nəfər məhbusun 54 nəfəri dini kəsimə aiddir, 11 nəfər “NİDA” Vətəndaş
Hərəkatının üzvü, 11 nəfər müstəqil şəxslər, 10 nəfər QHT rəhbəri, digər şəxslər
isə ayrı- ayrı partiyaların və təşkilatların nümayəndələridir.
Siyasi məhbuslara
qarşı irəli sürülən ittihamlar daha çox Hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), Hakimiyyət nümayəndəsinə
müqavimət (Maddə 315), İğtişaşların təşkili
və iştirak (Maddə 220.1), Qanunsuz
dini təbliğat (Maddə 167), Qanunsuz
silah gəzdirmə (Maddə 228), Narkotika
maddələri saxlama, satma (Maddə 234),
Xuliqanlıq (Maddə 221), Vergidən
yayınma (Maddə 213) və s. maddələrdir.
Bu maddələrlə irəli sürülən ittihamların əksəriyyəti siyasi çalarları özündə əks
etdirən və ya son zamanlar daha çox ictimai- siyasi fəallara qarşı irəli sürülən
ittihamlardır.
98 nəfərlik
siyasi məhbus siyahısında yer alan məhbuslara mövcud hakimiyyət tərəfindən
siyasi sifarişlə üst-üstə 630 il azadlıqdan məhrum etmə cəzası verilib. Nəzərə
alaq ki, hazırda həbsdə olan istintaqı yekunlaşmamış və ya məhkəməsi davam edən
13 ictimai fəal haqqında çıxarılacaq hökmlər bura aid deyil (mənbə; //www.azadliq.org/contentinfographics/%C4%B1nfographics/26562714.html).
Təkcə
cari ilin may ayında 2 ay yarım ərzində siyasi məhbuslara 145 il azadlıqdan məhrum
edilmə cəzası verilib. Bunlar “NİDA”- çı gənclər, “İsmayıllı işi”, Pərviz Həşimli,
Anar Məmmədli, Bəşir Süleymanlı və bloger Əbdül Əbülov barəsindədir.
Siyahı ilə
bağlı diqqəti cəlb edən digər önəmli bir fakt ondan ibarətdir ki, 2012- ci ildən
başlayaraq həbs edilən siyasi məhbusların sayı artan xətt üzrə davam edir. Yəni
son 3 ildə əvvəlki illərlə müqayisədə daha çox ictimai- siyasi fəal azadlıqdan
məhrum edilib.
Yalançı əfv fərmanları
Bəzi
hüquq- müdafiə təşkilatları və hüquq müdafiəçiləri vaxtaşırı olaraq məhbusları
və cəmiyyəti aldadaraq müxtəlif bayramlar ərəfəsində əfv sərəncamlarının olacağını,
siyasi məhbusların azadlığa çıxacağını bildirirlər. Onların bu vədlərini
hakimiyyətin inhisarında olan bir çox media orqanları da tirajlayaraq ictimai rəyi
çaşdırmağa çalışır. Amma əksinə proses baş verir; məhbuslar azadlığa buraxılmır,
ictimai- siyasi fəaliyyətinə görə yeni- yeni insanlar həbsə atılır, siyasi məhbusların
sayı durmadan artır.
Qeyd edək ki, 2014- cü ilin mayın 27-də ölkə
başçısının imzaladığı sonuncu əfv sərəncamı ilə siyasi baxışlarına görə həbs
olunanlardan heç kəs azadlığa buraxılmadı. 17 oktyabr 2014- cü ildə imzalanmış
sonuncu əfv sərəncamı ilə 100- dan artıq siyasi məhbusdan yalnız 4 nəfər
azadlığa buraxıldı ki, onlar öncədən dövlət başçısına müraciət edərək əfv
olunmalarını xahiş etmişdilər. Yeri gəlmişkən qeyd edək ki, hakimiyyət eyni
maddə ilə ittiham olunan və eyni cəzaya məruz qalan məhbusları əfv etmək
məsələsində də ayrı- seçkiliyə yol verir.
Digər tərəfdən hakimiyyət həbsdə olan bəzi məhbusların
imkansız və çarəsiz durumundan istifadə edərək onları əfv ərizəsi yazdırmağa
məcbur edir. Amma təəssüflə qeyd etmək lazımdır ki, son zamanlar hakimiyyət
hətta “əfv ərizəsi” yazanları da azadlığa buraxmır.
“Yalançı əfv sərəncamları” ilə dustaqları və
cəmiyyəti aldatmağın digər ağır tərəfi ondan ibarətdir ki, bu sərəncamları
təbliğ edənlər ictimai- siyasi fəaliyyətinə görə şərlənərək həbs olunmuş
şəxslərin müdafiə olunması əvəzinə cəmiyyətə mübarizə aparamamaq, qədərə baş
əymək ovqatı aşılayır. Yəni mübarizə aparıb qanunsuz həbs olunanları müdafiə
etməkdənsə dövlət başçısının əfvinə sığınmağın daha münasib və üstün olduğunu
sübut etməyə çalışırlar. Digər tərəfdən əksər hallarda əfv sərəncamları o
məhbuslara şamil olunur ki, onlar əfv olunmalarına dair müvafiq qurumlara və
dövlət başçısına ərizə ilə müraciət edirlər. Sual oluna bilər; cinayət
törətməyib həbsə atılan siyasi məhbus nədən əfv olunmaq üçün kiməsə müraciət
etməlidir? O insanlar əfv üçün müraciət etməlidirlər ki, onlar konkret olaraq
cinayət törədiblər və işlətdikləri cinayətə görə əməllərindən peşmandırlar.
Məhz bu baxımdan da əfv olunub azadlığa çıxmaq istəyirlər.
Göründüyü kimi siyasi məhbusları əfv ərizəsi
yazmağa sövq etmək və onların bu yolla azadlığa çıxmasına çalışmaq düzgün
yanaşma deyil. Günahsız həbs olunmuş bütün məhbuslar, o cümlədən vicdan və
siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılmalıdırlar.
Azərbaycanda siyasi girovlar problemi
Azərbaycanda siyasi məhbuslar problemi ilə yanaşı siyasi girovlar problemi
də var. Siyasi girovlar repressiyaya məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və
nəzarət altında saxlanılan, ölkədən çıxşına yasaq qoyulan ictimai siyasi fəallar,
onların qohumları, iş adamları və s.- dir. Bu gün
Azərbaycanda çoxlu sayda siyasi fəallar, liderlər, eyni zamanda tanınmayan ailələr
var ki, onları siyasi girovlar hesab
edirlər. Onların ölkədən çıxışına, bank hesablarına, mülklərinə, əmlaklarına
yasaq qoyulub. Bir çoxu haqqında illərdir açılmış qondarma cinayət işləri var.
Bir çoxları həmin cinayət işlərində sadəcə formal şahiddirlər. Bəzilərinə
xarici pasport verilmir, bəzilərinə isə səbəb, hətta bəhanə tapmayan hakimiyyət
sadəcə onları girov kimi saxlayır. Ölkədə siyasi girov kimi saxlanılan 7 yaşlı
uşaqdan 87 yaşlı ahıl qocaya kimi insanlar var. Bu çox böyük və dəhşətli bir
problemdir. Bu problem insanların sadəcə ölkədən çıxıb başqa ölkəyə getmək,
orda gəzmək, alış- veriş hüququnun tapdanması demək deyil. İnsanlar var ki,
atasını, anasını, ailəsini illərdir görə bilmir. Vətənə gələ bilmir, vətəndən
gedə bilmir. İnsanlar var ki, xaricdə olan bizneslərini idarə etmək,
dolanışıqlarını təmin etmək üçün illərdir ki, ölkədən çıxa, hərəkət edə bilmirlər...
Bu problem ciddi və böyük
problemdir. Məsələnin ictimai gündəmə gəlməsi və çözülməsi üçün müəyyən
addımlar atılmalıdır. İctimai- siyasi fəalların, vətəndaş cəmiyyəti
instutularının bu sahədə birgə fəaliyyətinə ehtiyac var.
Yuxarıda dediklərimizi sadə misallarla da göstərmək mümkündür; 20 ilə
yaxındır ki, xarici pasport alıb ölkədən çıxa bilməyən AXCP sədri Əli Kərimli, hüquq
müdafiəçisi Oqtay Gülalıyev, onun övladı
Əli Gülalıyev, ABU- nun sabiq rektoru Elşad Abdullayevin bir sıra qohumları, o
cümlədən qardaşı İsmayıl Abdullayev, bacısı oğlu Azad Mursalıyev, qayınatası
Hüseyn Əzizov, onun hətta 11 yaşlı nəvəsi və s. ölkədən çıxışına yasaq qoyulub.
Qeyd edək ki, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı, Qadın
Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ölkəni tərk etdikdən sonra həyat
yoldaşı Eldar Əzizov və oğlu Camalın heç bir səbəb olmadan Azərbaycandan
çıxışına yasaq qoyulub. Onlar hazırda ölkədə siyasi girov kimi saxlanılır.
Yeri gəlmişkən qeyd edək ki, 98 nəfərlik siyasi məhbuslar siyahısında
“Siyasi girovlar” bölümü var. Bölümdə hazırda həbsdə saxlanılan AXCP sədri Əli
Kərimlinin qaynı Elnur Seyidovun, həmçinin atası və qardaşı Musavat fəalı olan Kərimli Sirac
Raqif oğlunun da adı var. Sənəd müəllifləri qeyd edir ki, hər iki
şəxsin qohumları müxalifət liderlərindən olduğu üçün hakimiyyət tərəfindən həbsxanada
qanunsuz olaraq siyasi girov kimi saxlanılır. Məsələn, Seyidov Elnur Rafiq oğlu (saxlanma
tarixi 27 mart 2012- ci il) “Texnikabank”ın
Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Seyidov Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib, ona əvvəl yalnız dələduzluq
ittihamı irəli sürülmüş, sonradan ittiham ağırlaşdırılıb. Cinayət Prosessual Məcəlləsinin
tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir,
amma E. Seyidova münasibətdə qanunun bu
tələbi kobud şəkildə pozulub, o MTN tərəfindən həbs olunub, MTN təcridxanasında
saxlanılıb və istintaqı da MTN aparıb. E. Seyidov “Texnikabank”ın İdarə Heyətinin
sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs
edilib. Rəsmi ittihama görə bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi
üçün E. Seyidov qanunları pozmaqda ittiham olunub. E.Əliyev, eləcə də bankın bu
iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa buraxılsalar da Seyidov hələ də
həbsdə saxlanılır.
Elnur
Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və bu barədə müstəqil və özəl
tibb müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi
qapalı mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə
dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli
qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra
tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə
tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən Seyidov həbsdə saxlanılır. O, Bakı
Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Siyasi mühacirlər...
İctimai- siyasi fəaliyyət göstərib
ölkəni tərk etmək məcburiyyətində olan mühacirlərin əksəriyyətinin istədiyi vaxt ölkəyə dönmək problemi var.
2013- cü il prezident seçkilərində müxalifət qüvvələrinin təsis etdiyi Milli
Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov başda olmaqla bir çox
siyasilər, ictimai fəallar, jurnalistlər, ziyalılar, keçmiş depuatatlar ölkədən
didərgin salınıb. Onların Azərbaycana gəlişi hər an həbs təhlükəsi və ya ölkədən
çıxışına yasaq qoyulması ilə nəticələnə bilər. Hakimiyyətin həbs etməyə bu və
ya digər formada qisas almağa hazırlaşdığı, xaricdə yaşayan mühacirlərdən
aşağıdakıları misal göstərmək olar; İsa Sadıqov, Hüseyn Abdullayev, Rza İbadov,
Mirzə Sakit, Elşad Abdullayev, Elnur Məcidli, Ataxan Əbilov, Həbib Müntəzir, Aqil
Xəlil, Qabil Rzayev, Fikrət Hüseynli, Tural Məhərrəmov, İnqilab Kərimov, Surxan
Lətifov, Ramin Nağıyev (keçmiş MTN məmuru- Fransa), Qənimət Zahid, “Azadlıq” qəzetinin
baş redaktoru, Həsən Qafarov, Kənan Qafarov, Mübariz Əzmli (VAMBP sədri
Hacıbaba Əzimovun qardaşı- İsveç), Çağlar Qasımov (Hollandiya), Şahin Şuşalı (Milli
Qəhrəman), Elmar Şahtaxtınski (Amerika), Qorxmaz Əsgərov (Amerika), Ramiz Yunus
(Amerika), Mahir Cavadov (Kanada), Rəsul Quliyev (ABŞ), Natiq Əfəndiyev (Gəncənin
keçmiş polis rəisi) və digərləri.
Nəticə. Azərbaycan həbsxanalarında məhbusların saxlanma şəraiti,
onların hüquqları və siyasi məhbus problemi ilə bağlı mövcud vəziyyətə dair
yuxarıda deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, həbs yerlərində
infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar
Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara
cavab vermir. Saxlanma yerlərində vəziyyət normal səviyyədə deyil, əksinə
ağır olaraq qalır, insan həyatı üçün bəzi
məqamlar baxımdan təhlükəlidir. Çox
sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və
ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi
amillərin birləşməsi yoluxucu xəstəliklərin yayılması probleminə səbəb
olmuşdur. Məhbusların vəkilləri və ailə üzvləri ilə görüşlərinə məhdudiyyətlər
qoyulur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox
az sayda imkanlar var. Bir çox hallarda həbs edilən şəxslərə qarşı fiziki
zorakalıq və işgəncə halları baş vermişdir.
Həbs yerlərində
əsas problemlərdən biri korrupsiya ilə bağlıdır ki, bu problem daha geniş və
ağır vəziyyət yaradıb. Məhbusların hüquqlarının lazımi səviyyədə təmin
olunmaması, bir çox qanunvericilik aktlarının, o cümlədən "Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında" Qanunun və Avropa
Penitensiar Qaydalarının tam gücü ilə tətbiq edilməməsi bu sahədə olan mövcud
boşluqlardan və problemlərdən olmaqla narahatlıq doğuran məsələlərdir.
Problemlərin
aradan qaldırılması üçün ciddi addımlar atılmalı, qanunların işləməsinə şərait
yaradılmalı və dərin islahatlar həyata keçirilməlidir.
Hazırda ən
ciddi problemlərdən biri siyasi məhbuslarla bağlı poblemdir. İctimai- siyasi fəaliyyətinə,
hüquq- müdafiə, jurnalist fəaliyyətinə, dini baxşılarına görə ölkə həbsxanalarında 100- dən çox siyasi məhbus var. Hakimiyyət
özünə təhlükə heab etdiyi istənilən şəxsi müxtəlif üsullarla şərləyib həbsə
atır və onlara qarşı fantastik və absurd məhkəmə cəzası kəsir. Bir sıra yerli və
beynəlxalq təşkilatların təkidli tələblərinə baxmayaraq Azərbaycan höküməti
siyasi məhbus problemini həll etmək əvəzinə yeni- yeni ictimai fəalları müxtəlif
uydurma bəhanələrlə həbs edir. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmiz
keçmiş MDB və Avropa ölkələri arasında həm
ölkə əhalisini adam sayına, həm də siyasi məhbusların sayına görə lider ölkələrdən
biridir. Bu göstərici ölkədə insan haqlarının, sərbəst toplaşmaq, söz mətbuat
azadlığının həm də real göstəricisi hesab oluna bilər. Bu göstərici həm də ölkədə
mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara tətbiq etdiyi ağır cəzaların
statistik nəticəsindən doğur. Bir çox hallarda açılan cinayət işləri Cinayət Məcəlləsinin
(CM) müvafiq maddələri ilə deyil, yuxarı hədlə, bəzi hallarda isə şişirdilmiş
halda tətbiq olunur. Bu isə rejimin mahiyyətindən, sərtliyindən doğmaqla
yanaşı, həm də hüquq mühafizə orqanlarını bürümüş korrupsiyanın fəsadlarından
irəli gəlir. Həbsxanaya atılan insanlar bayırda işlətdiyi “cinayətlər”- lə bərabər
həbs həyatı yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalanır. Bu gün
Azərbaycandakı həbs yerlərinin əksəriyyəti ölüm düşərgələrini- konslagerləri
xatırladır. Məhkum edilən insanlar həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə
səhvlərini dərk etmiş insan kimi deyil, əksinə əzilib, bezikdirilmiş, dustaq
dili ilə desək “sındırılmış” şəkildə çıxırlar. Hazırkı Penitensiar Xidmətin
mahiyyəti, iş rejimi, dustaqlara münasibəti Sovet dövründə olduğu kimi qalır.
Bir çoxları Azərbaycanın Avropa Şurasına
üzv qəbul edilməsi, Avropa Penitensiar Qaydalarına, eləcə də digər bir sıra
Konvensiyalara qoşulmaqla bu sahədə
ciddi islahatların aparılacağını, vəziyyətin düzələcəyini ümid etsələr də gözləntilər
özünü doğrultmadı. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən
doğan qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq cəhdi dörd
divar arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir.
Əldə
olunan məlumatlara görə son illər bütün İstintaq Təcridxanaları və CÇM- lər dustaqlarla doludur. Adam sayına və yer
sxlığına görə onların sayı həddən çoxdur. Bir çox yerli və beynəlxalq təşkilatların
açıqladığı hesabatlarda da bu rəqəm öz əksini tapır.
Azərbaycan
həbsxanalarında saxlanma şəraitinin yaxşılaşdırılması, məhbus hüquqlarının
qorunması və siyasi məhbus probleminin həll olunması üçün təxirə salınmaz
kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.
Tövsiyyələr;
Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun
yaxşılaşdırılması, dustaqların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması
və siyasi məhbus probleminin həll edilməsi üçün aşağıdakı tövsiyyələr irəli
sürülür;
Həbs yerlərindəki vəziyyətin yaxşılaşdırılması və məhbusların
hüquqlarının qorunması sahəsində qanunvericilik bazası təkmilləşdirilsin,
qanunların tam gücü ilə həyata keçirilməsi təmin edilsin;
"Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında" Qanunun tətbiqi hər
tərəfli şəkildə təmin edilsin.
İnsan həyatı üçün təhlükəli olan köhnə İstintaq Təcridxanalarının
və CÇM- lərinin ləğv edilərək yenilərini inşa olunması prosesi surətləndirilsin;
Penitensiar Xidmətin ictimaiyyət üçün açıqlığı, şəffaf
fəaliyyəti, hesabatlılığı, vətəndaş cəmiyyəti institutlarının sorğularının
cavablandırması təmin edilməlidir;
Həbs yerlərində korrupsiya və işgənçə halları ciddi şəkildə
araşdırılaraq aradan qaldırılsın, qanunsuz əməllərə yol verən məsul şəxslər
haqqında ciddi ölçü götürülsün;
Penitensiar Xidmət tərəfindən vətəndaş cəmiyyəti
institutlarının həbs yerlərinə daxil olaraq məhbuslarla görüşmək, onları
narahat edən problemlərlə maraqlanmaq və monitorinq aparılması ilə bağlı ayrı-
seçkilik aradan qaldırılsın və buna şərait yaradılsın;
Həbs yerlərində ümumi vəziyyətin və saxlanma şəraitinin
yaxşılaşdırılması, məhbusların hüquq və vəzifələrinin qorunması sahəsində vəziyyət
Azərbaycanın qoşulduğu Avropa Penitensiar Qaydalarına tam uyğunlaşdırılmalıdır;
Həbs yerlərində məhbuslara dövlət tərəfindən verilən
yeməyin, qida və ərzaq təminatının
keyfiyyəti, tibbi, sosial xidmətlər yaxşılaşdırılsın, Penitensiar Xidmət
personalının peşakarlığı artırılsın, onların dustaqlara münasibəti
qanunvericilk səviyyəsində tənzimlənsin;
1990- cı
illərin ortalarında ömürlük həbsə məhkum edilmiş şəxslərin işinə fərdi qaydada yenidən
baxılsın;
İnsanların
ictimai- siyasi fəaliyyətinə görə təqib
edilməsinə son qoyulsun. Həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz
azadlığa buraxılsın. Onlara dəyən maddi və mənəvi ziyana görə Azərbaycan höküməti
hər bir siyasi məhbus üçün təzminat ödəsin.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
Azərbaycan
respublikasının Konstitusiyası
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Qanunu
“MƏHKUMLARIN
İSLAH EDİLMƏSİNDƏ İCTİMAİYYƏTİN İŞTİRAKI VƏ CƏZANI İCRA EDƏN MÜƏSSİSƏLƏRİN
FƏALİYYƏTİNƏ İCTİMAİ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI”
“Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq
Konvensiya
ABŞ Dövlət Departamentinin hesabatı
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin
hesabatı
Amnestyu İnternational təşkilatının
hesabatı
Keçmiş vicdan məhbusları, vəkillər və
hüquq müdafiəçiləri ilə müsahibələr
Ədliyyə nazirliyi Penitensiar Xidmətin
internet səhifəsi
Avropa Şurasının cinayət işləri və cəzaçəkmə
ilə bağlı “SPACE” statistik hesabatı
(Hesabat “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansı tərəfindən hazırlanıb. Hesabatdan istifadə edərkən mənbəyə istinad
edilməlidir)
oktyabr 2014- cü il, Bakı şəhəri


































































































