Bakı metrosunda ehtiyat generatorlar niyə işə düşməyib? – VİDEO

Hazırda oxunan: Bakı metrosunda ehtiyat generatorlar niyə işə düşməyib? – VİDEO

608462

“Bakı Metropoliteninin enerji sistemi elektrik yarımstansiyalarında olan sistemlərlə bağlıdır. Hazırda həmin mənbələrdən Metropolitenə enerjinin daxil olması həmişəki qaydada davam edir”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
 

O vurğulayıb ki, texniki insidentin səbəbi Bakı Metropoliteninin tunelində aralıq kabelində baş verdiyindən ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə etmək qeyri-mümkün idi.


“Bununla belə, Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq sərnişinlərin təxliyəsi tam və heç bir insidentsiz başa çatdırılıb. Metropolitenə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur və Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlandırma sisteminin, həm də digər infrastrukturun, o cümlədən ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur.

Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda baş verir. Bu gün baş verən hadisə isə Bakı Metropoliteninin tunelində kabeldə baş vermiş qısaqapanma nəticəsində baş verib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin