Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 21.04.2026
SON DƏQİQƏ! Bakı metrosuna giriş bağlandı - Sərnişinlər təxliyə olunur - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ! Bakı metrosuna giriş bağlandı - Sərnişinlər təxliyə olunur - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ! Bakı metrosuna giriş bağlandı - Sərnişinlər təxliyə olunur - VİDEO
608400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































