Qəbələdə şəhid Ramiz Vahabovun anım günü qeyd olundu – FOTO

Hazırda oxunan: Qəbələdə şəhid Ramiz Vahabovun anım günü qeyd olundu – FOTO

608398

Qəbələ rayonunun Böyük Pirəli kəndində şəhid Ramiz Vahabovun anım günü qeyd olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım mərasimində şəhid ailələri, qazilər, ictimai birliklərin rəhbərləri, şəhidin təhsil aldığı məktəbin müəllim kollektivi, valideynləri və kənd sakinləri iştirak ediblər.

Anım mərasimi çərçivəsində ilk olaraq şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra Ramizin qəhrəmanlıq yolundan bəhs edilib. Qeyd edilib ki, Ramiz Vahabov 1975-ci il avqustun 20-də Qəbələ rayonu Böyük Pirəli kəndində ziyalı ailəsində dünyaya gəlib.
 

Orta məktəbi Böyük Pirəli kəndində müvəffəqiyyətlə başa vuraraq Vətən keşiyində durmağa əsgər gedib. 6 ayın əsgəri olan Ramiz Birinci Qarabağ savaşında sücaət göstərərək Ağdam və Talış kənd döyüşlərində iştirak edir. Sonradan Ramiz Fizuli istiqamətində döyüşlərə cəlb edilir.


Qızğın döyüşlərdə 1994-cü ilin aprelində şəhidlik zirvəsinə ucalır. Vətən uğrunda canından keçən şəhidin nəşi doğma Böyük Pirəli kəndinə dədə-baba yurduna gətirilir və orda dəfn olunur.

Anım mərasimində o da diqqətə çatdırılıb ki, Ramizin ata babası Alışan Vahabov Böyük Vətən müharibəsinin şəhididir.

Şəhidin ailə üzvləri – anası, qardaşı və bacısı tədbir iştirakçılarına göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimi ehsan süfrəsi ilə davam etdirilib. Burada da Ramiz və bütün şəhidlərin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin