Sosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğində işıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borc yazılıb.
Paylaşımda qeyd olunub ki, ödəniş tam həyata keçirilsə də, sistemdə borcun qalması suallar doğurub və bu hal istifadəçi tərəfindən haqsız hesab edilib.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “trend.az”ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, qeyd olunan əlavə məbləğ borc deyil, sabit tarif əsasında hesablanıb.
Qurumdan verilən məlumata görə, bəzi hallarda bu ödənişlər iki ay üzrə birləşdirilərək abonentin hesabına əlavə olunur.
"Azərişıq" ASC vurğulayıb ki, tətbiq olunan bu yanaşma mövcud qaydalara uyğundur və texniki xarakter daşıyır. Bununla belə, vətəndaşlara tövsiyə olunur ki, hər hansı anlaşılmazlıq yarandıqda aidiyyəti qurumun müştəri xidmətlərinə müraciət etsinlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:56 / 20.04.2026
İşıq pulunu ödədi, amma yenidən BORC YAZILDI - "Azərişıq"dan AÇIQLAMA
Hazırda oxunan: İşıq pulunu ödədi, amma yenidən BORC YAZILDI - "Azərişıq"dan AÇIQLAMA
Hazırda oxunan: İşıq pulunu ödədi, amma yenidən BORC YAZILDI - "Azərişıq"dan AÇIQLAMA
608323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































