Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Hazırda oxunan: Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

608071

Lənkəranda avtomobil təmiri sexində xoşagəlməz hadisə baş verib.

Bizim.Media xəbər verir ki, insident şəhərin Füzuli küçəsində, “Kürə” kimi tanınan ərazidə qeydə alınıb.
 

Məlumata görə, 1991-ci il təvəllüdlü Lənkəran sakini İlham Şahvəli oğlu Qasımlı işlədiyi emalatxanada benzinlə ehtiyatsız davrandığı zaman alovlanma baş verib. Nəticədə partlayış olub və usta müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.


Zərərçəkən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bədənin bir neçə nahiyəsində yanıq, üz və hər iki qolda ikinci dərəcəli termiki zədələnmə diaqnozu qoyulub.

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin