Köhnə mebelləri, tikinti qalıqlarını bəzən hara gəldi atmaq yalnız görüntü çirkliliyi deyil, həm də qanun pozuntusudur.
Bir çoxumuz fərqində olmasaq da, bu davranışa görə kifayət qədər ağır cəzalar tətbiq oluna bilər.
Bəs bu qaydalara əməl etməyənləri hansı hüquqi məsuliyyət gözləyir?
Bizim.Media xəbər verir ki, mövzuya hüquqşünas Ramil Əfəndi münasibət bildirib.
O, qeyd edib ki, təmir tullantıları və məişət əşyalarının zibil qutularına, və ya kənar ərazilərə atılması nəticəsində fiziki şəxslər 700 manatdan 1 000 manatadək cərimələnə bilərlər.
"Bu qaydanı pozan vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 8 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər", - deyə o bildirib.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:33 / 19.04.2026
Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO
Hazırda oxunan: Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO
Hazırda oxunan: Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO
608070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































