Artıq ucuz qiymətə telefon ala bilməyəcəksiniz – SƏBƏB

Hazırda oxunan: Artıq ucuz qiymətə telefon ala bilməyəcəksiniz – SƏBƏB

607529

Yaxın illərdə büdcə seqmentinə (ucuz) aid smartfonların bazardan tədricən yoxa çıxması ehtimal edilir və bu, milyonlarla istifadəçinin seçimlərinə təsir göstərə bilər.

Qlobal elektronika bazarı operativ yaddaş və fləş yaddaşın sürətlə bahalaşması səbəbilə ciddi problemlə üzləşib. 2026-cı ilin birinci rübünün nəticələrinə görə, DRAM yaddaşının qiyməti 50 faizdən çox artıb, NAND Flash isə təxminən 90 faiz bahalaşıb. Bu artım artıq son məhsulların qiymətinə birbaşa təsir edir.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, smartfonların istehsalı getdikcə daha az sərfəli olur. 6 GB operativ yaddaş və 128 GB daxili yaddaşa malik əsas modellərin komponent dəyəri təxminən 25 faiz artıb. Nəticədə yaddaşın cihazın ümumi maya dəyərində payı demək olar ki, 43 faizə çataraq ən bahalı komponentə çevrilib.
 

Orta qiymət seqmentində də vəziyyət çətinləşib. Qiyməti 400–600 dollar aralığında olan smartfonlarda DRAM təxminən 20, NAND Flash isə 16 faiz bahalaşıb. Flаqman modellər də ucuzlaşmır, lakin istehsalçılar bu artımı daha yüksək qazanc marjası hesabına kompensasiya edə bilirlər.


Analitiklər bildirirlər ki, mövcud tendensiyalar ucuz modellərin bazardan tədricən çıxmasına səbəb ola bilər. İstehsalçılar xüsusiyyətləri və keyfiyyəti ciddi şəkildə azaltmadan aşağı qiymətləri saxlamaqda çətinlik çəkirlər. Bu isə xüsusilə kütləvi bazara yönəlmiş brendlər üçün risklidir.

Komponent çatışmazlığı fonunda 2026-cı ildə qlobal smartfon bazarının təxminən 13% azalacağı gözlənilir. Tədarük həcmi 2025-ci ildəki 1,26 milyard cihazdan cari ildə təxminən 1,1 milyard səviyyəsinə düşə bilər.
 

Qiymət artımı yalnız smartfonlarla məhdudlaşmır. Yaddaşın bahalaşması artıq fərdi kompüterlər və smart televizorlar da daxil olmaqla digər texnologiyaların qiymətinə təsir etməyə başlayıb.


Mövcud böhran şəraitində istehsalçılar strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur qalırlar. Bir çox şirkətlər büdcə modellərini azaltmağa, cihazların texniki inkişafını ləngitməyə və daha çox premium seqmentə yönəlməyə başlayır. Ucuz elektronika sahəsində fəaliyyət göstərən şirkətlər üçün isə bu vəziyyət kritik ola bilər. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin