Korovinin kürəkəni Günel Şahmalıqızını işdən çıxarıb?

Hazırda oxunan: Korovinin kürəkəni Günel Şahmalıqızını işdən çıxarıb?

607485

“Space” Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb.

Rəhbərlik aparıcının heç bir xəbərdarlıq edilmədən işdən azad edilməsini maliyyə böhranı ilə əlaqələndirib. Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşüb, şəhid qızı olduğunu, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət et” ifadəsini işlədib.

Günel Şahmalıqızı sayta açıqlamasında yuxarıda qeyd olunanları təsdiqləsə də, əlavə şərh verməyib.

Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi kürəkəni Nəriman Əbdüləliyevə həvalə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin