Marketlərdən lotoreya biletləri oğurlayan 3 nəfər TUTULDU

Hazırda oxunan: Marketlərdən lotoreya biletləri oğurlayan 3 nəfər TUTULDU

607083

Bakının Binəqədi və Xətai rayonlarında yerləşən iki marketdən lotoreya biletləri və digər məhsullar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar.


Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin