Gömrük Akademiyasında APFM tərəfindən məlumat sessiyası keçirilib - FOTOLAR

Hazırda oxunan: Gömrük Akademiyasında APFM tərəfindən məlumat sessiyası keçirilib - FOTOLAR

606526
Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən tələbələr üçün “Peşəkar Mühasib Sertifikatı” mövzusu ilə bağlı məlumat sessiyası keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova, Beynəlxalq Sertifikasiya Mərkəzinin rəhbəri Rauf Rzayev, Təhsil Komitəsinin üzvləri Sevinc Lütfəliyeva və Zərqələm İsayeva, Təlim proqramları üzrə menecerlər Aytən Əliyeva və Gülnarə Qənbərova, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
 
Tədbirdə iştirakçılara Peşəkar Mühasib Təşkilatı olan APFM-nin fəaliyyəti, Assosiasiyanın təqdim etdiyi beynəlxalq statuslu təlimlər, mühasibat uçotu sahəsində tənzimləmə və nəzarət, peşəkar mühasib sertifikatlarının əhəmiyyəti, üstünlükləri, sertifikasiya imtahanlarına hazırlıq, imtahanlardan azadolmalar, peşəkar üzvlük və digər məsələlərlə bağlı geniş məlumat verilib.
 
Sonda mövzu ilə bağlı suallar ətraflı olaraq cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin