88 saylı avtobusun şəhər mərkəzində “avtoş”luğu - VİDEO

Hazırda oxunan: 88 saylı avtobusun şəhər mərkəzində “avtoş”luğu - VİDEO

52282
Bakının mərkəzində avtobus sürücülərinin özbaşınalığı davam edir. Dünən axşam 19.15 radələrində Bayıldan şəhər mərkəzinə doğru hərəkət edən 88 nömrəli marşrut xəttin avtobusu qarşı yola çıxaraq tam sürətlə irəliləyib. “10 TH 025” dövlət nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərin etirazına məhəl qoymayaraq yoluna davam edib və bir neçə dəfə qəza şəraiti yaradıb. Avtobus sürücüsünün şəhərin mərkəzində başgicəlləndirən tryukları sərnişinlər tərəfindən lentə alınıb.

Qeyd edək ki, Dövlət Yol Polisinin əməkdaşları dünən avtobuslarla bağlı reyd keçirib, 120-dən çox avtobusu cərimə meydançasına aparıb. Kadrlarda əks olunan avtobus sürücüsünün xuliqanlığı məhz reydlər keçirilən gün baş verib. 



apa tv
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin