Müdafiə Naziriliyindən çıxarılan jurnalist İTV-də işə düzəldi

Hazırda oxunan: Müdafiə Naziriliyindən çıxarılan jurnalist İTV-də işə düzəldi

38970
İctimai Televiziya və Radio Yayımları şirkətinə növbəti transfer Az.TV-dən deyil, Müdafiə Nazirliyindən olub. 

Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra qurumun mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev İTV-yə keçdi. 

O, şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi təyin olunub. İnterpress.az-a məsələni təsdiqləyən Teymur Abdullayev yaxın günlərdə bu barədə əlavə məlumatın veriləcəyini dedi. Qeyd edək ki,dekabrin 2-i işdən çıxarılmayanadək İTV-də bu vəzifəni Tahir Məmmədov icra edirdi.

Lakin Cəmil Quliyevin İTV-yə rəhbər seçilməsindən sonra faktiki olaraq onun səlahiyyətləri dondurulmuşdu, İTV-də bu vəzifəni dolayısı ilə Akif Cabbarov icra edirdi və ictimaiyyətlə əlaqələr şöbəsinə də məhz onun rəis təyin olunacağı gözlənilirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin