Əhali bu il 32,3 milyard manat qazanıb

Hazırda oxunan: Əhali bu il 32,3 milyard manat qazanıb

38724
Statistika Komitəsi 2013-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirlərini açıqlayıb. Moderator.az-ın  komitənin saytına istinadla verdiyi məluata görə, cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi 6,5 faiz artaraq 3471,7 manat və ya orta hesabla ayda 315,6 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,5 faiz olub. 

Bu dövr ərzində ölkə əhalisi tərəfindən gəlirlərin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 21,2 faizi isə yığıma yönəldilib. 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,9 faiz çox vəsait qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin