Qoststandartdan qeyri-standart addım...

Hazırda oxunan: Qoststandartdan qeyri-standart addım...

38376

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu günlərdə Gəncə şəhərində fəaliyyət götərən körpələr evi və uşaq bağçalarında reyd keçirərək bəzi nöqsanların aşkar olunduğunu açıqlamışdı. Komitənin yaydığı rəsmi məlumatda Gəncədəki bağçalardakı qidalanmanın dövlət standartlarına uyğun olmadığı vurğulanmışdı. Bundan başqa bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi də açıqlamada öz əksini tapmışdı.

 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aşıqlamasına münasibət öyrənmək məqsədilə Moderator.az Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildirildi ki, komitənin yaydığı xəbərdə yalnışlığa yol verilib. Həmin gün Gəncənin uşaq bağçalarında yoxlamalar aparılıb. Nəticələr də müsbət qiymətləndirilib. Lakin KİV-ə məlumat veriləndə Goranboyla Gəncə şəhərində yoxlamalar aparılan bağçalar haqqında məlumatlar səhv salınıb. Bundan başqa yayılan şəkillər də Gəncənin baxçalarına aid deyil. Həmin şəkillər Goranboy bağçalarında çəkilib. Gəncə şəhər İcra Hakimiyyətindən o da bildirilib ki, son iki ildə Gəncənin uşaq bağçaları əsaslı şəkildə yenidən qurulub. Maddi texniki bazası möhməkləndirilib. Xüsusilə də ərzaq təminatı məsələsi diqqətdə saxlanılır. Gəncə şəhər 2 nömrəli uşaq bağçasının mudiri Aidə Səfərova, 3 nömrəli uşaq bağçasının mudiri Gülarə Ağayeva, 46 nömrəli uşaq bağçasının mudiri Rüxsarə Quliyeva bildirib ki, rəhbərlik etdikləri bağçalarda uşaqlara verilən qidalara xüsusi fikir verilir. Ərzaqlar xüsusi qablarda və soyuducuda saxlanılır. İstənilən vaxt adiyyatı qurumlar eləcə də KİV nümayəndələri gəlib bağçadakı vəziyyətlə yerindəcə tanış ola bilərlər. 26, 28 və 47 nömrəli uşaq bağçalarından isə məlumat verilib ki,sovetlər dövründən tikilən binalar köklü təmir olunmasa da orada normal şərait var və 2014-cu ildə əksər bağçalar dövlət proqramı çərçivəsində təmir ediləcək.


Şamil Əlibəyli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin