Milli Şuranın 20 oktyabr mitinqi təxirə salınıb

Hazırda oxunan: Milli Şuranın 20 oktyabr mitinqi təxirə salınıb

35417
Demokratik Qüvvələrin Milli Şurası mitinqin tarixini dəyişdirib. Bu barədə apa-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib.

 

O deyib ki, mitinq oktyabrın 27-də keçirilə bilər: “Oktyabrın 14-də Bakı şəhər İcra Hakimiyyətinə oktyabrın 20-də keçiriləcək mitinqlə bağlı müraciətimiz hələ də cavabsız qalıb. Bu məsələ paytaxt rəhbərliyi tərəfindən həllini tapmayıb. Ona görə də mitinqin oktyabrın 20-də keçirilməsi ilə bağlı birmənalı qərar verə bilmirik. Təklif olunub ki, mitinq oktyabrın 27-də keçirilsin”.

 

G. Aslanlı bununla bağlı artıq BŞİH-yə rəsmi müraciət göndərdiklərini də qeyd edib. O bildirib ki, buna baxmayaraq, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakıya döndükdən sonra, həmin məsələ təkrar müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin