Oktyabrın 27-də Azərbaycan qış vaxtına keçəcək

Hazırda oxunan: Oktyabrın 27-də Azərbaycan qış vaxtına keçəcək

34602

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 27 oktyabr 2013-c2 il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin