Millət vəkili Qənirə Paşayevanın orqanlarını vəsiyyət
etməsi ictimaiyyətdə səs-küyə səbəb oldu. Deputatın atdığı ilk addımdan sonra
bir neçə nəfər də bu xeyirxah əmələ qoşuldu. Millət vəkilinin dəstəkləyənlərin
çox olmasına baxmayaraq, atdığı bu addım kütləvi hal almadı. Görəsən deputat məsələni
yenidən gündəmə gətirəcəkmi? Qənirə Paşayeva modern.az saytına bildirib ki, məsələnin
ictimailəşmədiyini demək olmaz. Onun sözlərinə görə, mövzu ictimaiyyətə təqdim
olunmadığından ictimailəşməmişdi. ”Amma ziyalılarımız, ictimaiyyət nümayəndələrimiz
bu işə çox ciddi dəstək verdilər. Azərbaycanda transplantasiya 5-6 il əvvəl çox
qəribə görünərdi. Belə əməliyyatları Neftçilər xəstəxanasında həyata keçirirdilər.
Transplantasiya ilə bağlı ölkəmizdə problemlər var. Öz vəsiyyətnaməmdə bu məsələyə
toxunmuşdum. Bunlardan ən önəmlisi orqan bağışlanmasıdır. Çünki bütün dünyada o
ölkələrdə ki, transpolontologiya inkişaf edir orada orqan bağışlanma sistemi də
inkişaf edir. Bir-birinə çox bağlı anlayışlardır. Transpolontologiya sağlam
insandan orqan alıb köçürmənin üzərindədir. O, insanlar transpolontologiyaya
gedə bilər ki, onlar ya bir bədəndə cütdürlər, ya da qara ciyər kimi artan
hüceyrələri olan orqanlardır. Bundan başqasını edə bilməzlər. Çünki ölən
insandan dünyasını dəyişən insandan orqan köçürülməsi sistemi hələ oturmayıb.
Əgər beyin ölümü, ölmüş insanların orqanlarının köçürülməsi öz həllinin tapsa,
transpolontologiya daha çox inkişaf edəcək. Təkcə qara ciyər, böyrək köçürmə əməliyyatları
deyil geniş növdə bu əməliyyatlar arta bilər. Bu istiqamətdə də irəliləyişlər
var”.Millət vəkili mövzunun kifayət qədər ictimailəşdiyini
deyir. O, orqanların vəsiyyətinin bu qədər gec ictimailəşməsinin səbəbini
mövzunun ictimaiyyətə təqdim edilməməyində görür. Deputatın sözlərinə görə, ziyalılar,
ictimaiyyət nümayəndələri bu işə çox ciddi dəstək verdilər.





































































































