Doha-Bakı-Doha aviareysi ləğv edildi

Hazırda oxunan: Doha-Bakı-Doha aviareysi ləğv edildi

254135
Yanvarın 8-də həyata keçirilməli olan “Qatar Airways”şirkətinin Doha-Bakı-Doha aviareysi ləğv edilib.

Moderator.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər verir.

Qeyd olunur ki, Doha vaxtı ilə saat 11:35-ə nəzərdə tutulan Dohadan Bakıya olan “QR 351” saylı uçuş ləğv olunub.

Bundan başqa, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin