Şəhid Adil Tatarov: “Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid”

Hazırda oxunan: Şəhid Adil Tatarov: “Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid”

226086
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu əsgər Tatarov Adil Əli oğlu 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub.
Adil Tatarov 2006-cı ildə Xanməmməd Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbinə gedib. Evin 4-cü uşağı olan Adil dörd bacının bir qardaşıdır. Bacılarının hamısı ailə həyatı qurub. Onun hərbi xidməti bitirməyinə 4 ayı qalırdı. Atası Əli Tatarov kənd təsərrüfatı ilə məşğul olur, anası Şüküfə Tatarova isə evdar xanımdır.xa0

Adilin sinif yoldaşları və dostları deyir ki, o, həqiqi hərbi xidmətə çağırılan zaman dostlarına belə deyib: “Uşaqlar əsgərlik insanın həyatında bir dəfə olur. Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid”.

Şəhidimizin qonşuları da onun olduqca vətənpərvər bir gənc olduğunu bildiriblər.(Ordu.azxa0)












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin