Vəfat etmiş şəxsin adına qurban kəsilə bilərmi? – AÇIQLAMA

Hazırda oxunan: Vəfat etmiş şəxsin adına qurban kəsilə bilərmi? – AÇIQLAMA

615725

İslam dinində xeyirxahlıq, yardımlaşma, rəhm və şəfqət hisslərinin ən ali təzahürlərindən biri də qurban kəsmək ibadətdir. Bu müqəddəs ayin həm fərdin Allaha olan bəndəlik borcunu yerinə yetirməsinə, həm də cəmiyyətdəki sosial bərabərliyin, ehtiyac sahiblərinə qarşı diqqət və qayğının artmasına vəsilə olur.

Lakin gündəlik həyatda möminləri tez-tez düşündürən, xüsusilə ailə böyüklərini itirən şəxslərin tez-tez qarşılaşdığı həssas və mühüm suallardan biri də budur: Dünyasını dəyişmiş, lakin sağlığında müəyyən niyyətləri olan yaxınların, valideynlərin və ya digər ailə üzvlərinin adına qurban kəsilə bilərmi? Bu əməlin mərhumun ruhuna bir faydası varmı və İslam hüququ (fiqh) baxımından bu məsələ necə tənzimlənir?  

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli  Oxu24.com-a açıqlamasında mühüm məqamlara aydınlıq gətirib.

İlahiyyatçı xüsusilə vurğulayıb ki, burada qurbanın növünə və niyyətinə diqqət yetirmək lazımdır:

İsmayıl (Qurban bayramı) qurbanı: Əgər vəfat edən şəxs sağlığında müqəddəs Qurban bayramında (İsmayıl qurbanı) heyvan kəsilməsini arzulayıbsa, ailəsi bayram günlərində onun adından bu qurbanı kəsə bilər.
 

Nəzir qurbanı: Əgər dünyasını dəyişən insanın niyyəti bayramla bağlı deyil, məhz bir "nəzir qurbanı" idisə, bu halda tələsməyə ehtiyac yoxdur. Ailə üzvləri bayram günlərinin bitməsini gözləyə bilərlər. Bayramdan sonra, nə vaxt maddi imkanları imkan verərsə, həmin nəzir qurbanını kəsib ehtiyac sahiblərinə paylaya bilərlər.


Ağa Hacıbəyli sonda qeyd edib ki, imkanı olan ailələrin vəfat etmiş yaxınlarının ruhunu şad etmək və Allaha xoş gedən bir ibadəti yerinə yetirmək üçün bu cür xeyirxah addımlar atması təqdirəlayiqdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin