Ermənistan ordusunun gerbi dəyişdirildi - "Real Ermənistan"ın xəritəsi yerləşdirildi

Hazırda oxunan: Ermənistan ordusunun gerbi dəyişdirildi - "Real Ermənistan"ın xəritəsi yerləşdirildi

615747

Ermənistan Müdafiə Nazirliyi geniş ictimai reaksiyadan sonra ölkənin silahlı qüvvələrinin embleminin dəyişdirilməsi ilə bağlı bəyanat yayıb.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, yeni emblemdə qartalın qalxanındakı klassik xaç yoxa çıxıb və indi Ermənistanın üçrəngli bayrağı üzərində hazırkı baş nazir Nikol Paşinyan tərəfindən bəyan edilən "real Ermənistan"ın xəritəsi yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxda bildirilib ki, vətəndaşlara erməni ordusunun modernləşdirilmiş emblemi təqdim olunur.

İddia edilir ki, hələ 2001-ci ildə qəbul edilmiş emblemdə bir sıra "heraldik, struktur və ideoloji qüsurlar" mövcud olub. Qeyd olunur ki, hazırkı emblemdə qartalın dimdiyi qapalı idi, bu isə heraldikada sakitlik, qeyri-döyüş vəziyyəti deməkdir və "çox vaxt cansız obraz kimi qəbul edilir", həmçinin ordunun mahiyyətinə ziddir.

Əvvəlki gerbdə qartalın tam obrazının olmaması, bədəni və ətrafları olmadan yalnız başının görünməsi də tənqid edilirmiş. Bu, aciz obraz kimi şərh olunurmuş.
 

"Erməni ordusunun yeni emblemində mərkəzi obraz olan qartala yenidən baxılıb və o, tamamilə canlı təsvir edilib. Baş, bədən, pəncələr və qanadlar aydın görünür, əvvəlki emblemin qüsurları aradan qaldırılıb. Qartalın dimdiyi açıqdır – bu, heraldikada həyat qabiliyyəti, hazırlıq, sayıqlıq, söz və güc hüququ deməkdir", – deyə çarxda qeyd olunur.


Yeni obraza əsasən, qartal bir pəncəsində qılınc, digərində xaç tutur, qızılı qalxanın üzərində səkkizbucaqlı günəş xaçı, Ermənistanın üçrəngli bayrağında isə erməni baş nazirin "real Ermənistan" kimi təqdim etdiyi ölkə xəritəsinin maketi təsvir edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin