Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampa təcili məktub göndərərək hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket qıtlığı yaşandığını bəyan edib və tədarükün sürətləndirilməsini xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın ingilisdilli internet nəşri "Kyiv Independent" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Zelenski məktubunda Ukraynanın ballistik raketlərdən qorunma məsələsində demək olar ki, tamamilə Amerika Birləşmiş Ştatlarının köməyinə güvəndiyini qeyd edib. Ukraynalı siyasətçinin sözlərinə görə, silah tədarükünün hazırkı templəri ölkənin üzləşdiyi real təhlükə ilə uzlaşmır.
Nəşr Zelenskinin Trampa yazdığı məktubdan bu sətirləri dərc edib:
"Ukraynanın hava məkanını Rusiya raketlərindən qorumaq üçün sizdən kömək xahiş edirəm".
"Kyiv Independent"in məlumatına görə, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina bu məktubu Konqresə də təqdim edib.
Bizim.Media




































































































