İsmayıllıda əsən güclü külək fəsadlara səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki,güclü külək səbəbindən rayonun bir neçə yerində irigövdəli ağaclar aşıb.
Aşan ağaclar əsasən rayon ərazisində yerləşən uşaq bağçasının həyətinə rayon polis şöbəsinin arxasında yerləşən işıq transfarmatorun üzərinə aşıb. Nəticədə əraziyə elektrik enerjisinin verilişin fasilələr yaranıb.
Hazırda aidiyyatı qurumun texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.
Fəsadların aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.


Bizim Media, Aran bürosu





































































































