Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib.
Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dollar alındığını deyirdi.
O, başına gətirilənlərə görə həmin dövrdə Baş prokuror işləmiş Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərərçəkmiş məhkəmə zalında özünü yandırmaq istəmişdi. Onun intihara cəhdinə görə proses təxirə salınmışdı.

Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:14 / 27.05.2026
Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən zərərçəkmiş vəfat etdi
Hazırda oxunan: Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən zərərçəkmiş vəfat etdi
Hazırda oxunan: Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən zərərçəkmiş vəfat etdi
615777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































