Hafiz Hacıyev imzatoplama kampaniyasını yekunlaşdırdı - MSK-ya təqdim olunacaq

Hazırda oxunan: Hafiz Hacıyev imzatoplama kampaniyasını yekunlaşdırdı - MSK-ya təqdim olunacaq

215428
Müasir Müsavat Partiyası Hafiz Hacıyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün seçici imzalarını toplama kampaniyasını başa çatdırıb.

Bu barədə MMP mətbuat xidmətindən məlumat verilib.xa0

Bildirilib ki, partiya Hafiz Hacıyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün 64 dairə üzrə imzatoplama aksiyası keçirib. Partiyanın fəalları və yerli rayon təşkilatlarının nümayəndələri ölkə üzrə bütün ərazilərdə kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səy göstəriblər. Nəticə olaraq, bu gün imzatoplama kampaniyası yekunlaşıb, 45 mindən çox imza toplanıb. Bu gün seçki qərargahının üzvləri imza vərəqələrinin sonuncu dəfə nəzərdən keçirərək yoxlama işi aparıblar.xa0

MMP-dən onu da bildiriblər ki, sabah toplanmış imzalar sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edləcək.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin