“İmtahana buraxılış vərəqə”lərinin çapına başlanılıb

Hazırda oxunan: “İmtahana buraxılış vərəqə”lərinin çapına başlanılıb

212799
Fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlərin “İmtahana buraxılış vərəqəsi”nin çapına başlanılıb.

Dövlət İmtahan Mərkəzindən Moderator.az-a bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün //azvision.az/redirect.php?url=//eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidir. Həmin sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq aşkarlanarsa, namizəd imtahana buraxılmayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin