Bakıda 11 yaşlı uşağın qaraciyərindən “qurd kisəsi” çıxdı

Hazırda oxunan: Bakıda 11 yaşlı uşağın qaraciyərindən “qurd kisəsi” çıxdı

212761
Bakıda 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən "qurd kisəsi" çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə Modern.az-a Uşaq cərrahiyyəsi və urologiya uzmanı Op.Dr. Fuad Hüseynov məlumat verib.

Həkim bildirib ki, uşağın qaraciyərində qurd kistasının əmələ gəlmə səbəbi ev heyvanları ilə təmasda olmaqdır:

“Qarnında ağrılar, halsızlıq ,ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə "qurd kistası" (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı.

Qaraciyərin 7-8 seqmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən "kista" texniki cərrahi çətinliklərlə ləğv edildi”.
F.Hüseynov bildirib ki, uşaq uğurlu əməliyyat sonrası tam sağlam şəkildə 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin