Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”x9d

Hazırda oxunan: Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”x9d

188903
Bir neçə gündən sonra xa0Cəbrayılın xa0Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda xa0işğal olunub.
xa0
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
xa0
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
xa0
Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
xa0
Moderator.az xəbər verir ki, modern.az saytı xa0“1993-cü ilin o günü”x9d layihəsini davam etdirir. Müsahibimiz o zamandan bəri Cəbrayıl Diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbasovdur. O, 1993-cü ilin 21 avqustunu ürək ağrısı ilə xatırlayır...
xa0
İnsanların əhvalı yerində idi
xa0
xa0
“Avqustun 21-də Cəbrayılda həyat öz axarı ilə davam edirdi. 24 il bundan əvvəlin avqust ayı cəbrayıllılar üçün heç də narahat ay deyildi. O baxımdan ki, insanların əhval-ruhiyyəsi yerində idi. Cəbrayılın işğalı ərəfəsində insanların qida və xa0enerji problemi yox idi. Hər şey çox yaxşı idi. Təbiətin də yaxşı vaxtı idi. Günəşli vəziyyət hökm sürürdü. İnanın ki, insanların rayondan çıxmaq kimi bir niyyəti yox idi”x9d
xa0
xa0
“18 nəfərin başını bədənindən ayırmışdılar”x9d
xa0
xa0
Müsahibimiz deyir ki, əslində hər şey avqustun 15-dən sonra gərginləşməyə başladı.
xa0
“Düzdür, deyirəm ki, avqust ayı cəbrayıllılar üçün adi aylardan biri kimi olub. Amma bu hal avqustun 15-nə qədər keçərli oldu. Avqustun 15-dən sonra hərbi qüvvələrimiz, polis dəstələrimiz çox yaxşı müdafiə olunurdu. Avqustun 14-dən 15-nə keçən gecə Cəbrayıl üçün çox önəmli olan strateji nöqtə vardı. O, “Daşbaşı”x9d postu adlanırdı. “Daşbaşı”x9d postunda gecə ilə ermənilər qəflətən hücum edərək 18 nəfərin başını bədənindən ayırmışdı. Özü də bu hadisə topsuz-tüfəngsiz həyata keçirilmişdi. Adi məişət bıçağı ilə günahsız insanları qətlə yetirmişdilər. Əslində “Daşbaşı”x9d postu elə bir yer idi ki, Cəbrayıl oradan ovuc içi kimi aydın görünürdü. Ora alınandan sonra ermənilərin əsas qüvvələri ora toplaşmışdı.
xa0
Həmin ərazi ələ keçiriləndən sonra Cəbrayıl rayonunun kəndləri atəşə tutulmağa başladı. Halbuki həmin vaxta qədər qadın, uşaq belə rayonu tərk etməmişdi. Post ələ keçiriləndən sonra xa0qadınların, uşaqların bir qismi xa0Cəbrayıldan çıxarılmağa başladı. Həmin vaxt yaşlı insanlar, qadınlar uşaqlar Arazboyu adlanan yerə yığışdılar. Ona görə də avqustun 15-i və 23-ü arasında bir boşluq yarandı”x9d
xa0
xa0
“Cəbrayılın işğal olunacağına inanmaq istəmirdik”x9d
xa0
xa0
Cəbrayıldan olan məcburi köçkünün sözlərinə görə heç də hər gün yuxarı xa0dairələrdən kimlərinsə Cəbrayıla gəldiyini söyləmək olmaz.
xa0
“Vallah avqust ayında Cəbrayıla yuxarı dairələrdən kimsə gəlməmişdi. Sadəcə avqustun 15-i və 23-ü arası insanlar Arazboyu ərazidə yerləşmişdilər. Həmin vaxt rəhbər dairələrdən gəlib qərargah yaratmışdılar. Hətta bir çox hallarda təxribat yaranması səbəbindən insanların köç etməsini əngəlləyirdilər. Həmin vaxt Cəbrayılın deputatı Murad Babayev idi. Bir neçə dəfə xa0bizə baş çəkmişdi. O həm də respublikanın baş prokuroru olmuşdu. İnsanların qayğıları ilə maraqlanırdılar. Amma bir reallıq var idi ki, Füzuli də, Ağdam da alınmışdı. Geriyə işıqlı yol görünmürdü. Buna baxmayaraq, Cəbrayıl insanları ümidli idi. Rayonun işğal olunacağına inanmırdıq, inanmaq istəmirdik”x9d.
xa0
“Xeyli insan Araz çayında boğuldu”x9d
xa0
Müsahibimiz bir məsələni də qeyd edib. Onun sözlərinə görə cəbrayıllılar düz 2 ay Arazboyu ərazidə yaşayıb.
xa0
“Əslində, isə vəziyyət belə idi. Cəbrayıl rayonu avqustun 23-ü işğal olunsa da insanlar düz 2 ay Arazboyu ərazilərdə yaşadı. Bu da oktyabrın 23-nə qədər davam etdi. Sual edirsinizz ki, niyə insanlar Arazboyu əraziləri tərk etdi? Nə vadar etdi? İnsanları Arazboyu ərazilərdən çıxmağa xa0Füzulinin işğal olunması və xa0Qubadlı-Zəngilan tərəfdən ermənilərin hücuma keçməsi vadar etdi. Bu zaman belə bir tendensiya yarandı. xa0Ermənilər Qubadlı-Zəngilan tərəfdən hücum edirdilər. Horadiz tərəfdən də yolu kəsirdilər. Bu vaxt insanların bir qismi Araz çayına üz tutdu. Həmin vaxt xeyli insanlarımız Araz çayında boğuldular. Sonradan məlum oldu ki, ermənilər qəsdən yolun bir hissəsini açıblar ki, insanlar çıxıb getsinlər. İnsanlarımızın bir qismi həmin yolla çıxıb getmişdi. Həmin vaxt mən də öz maşınımla Cəbrayılın bəzi kəndlərinə gedirdim. Yolda neçə-neçə maşınların aşdığını, insanların həlak olduğunu gördüm”x9d.
xa0
Erməni taktikası
xa0
xa0
Muzeyin direktoru deyir ki, çətinliklə də olsa eksponatların 95%-ni işğal olunmuş rayondan çıxara bilib.
xa0
“Muzeyin eksponatlarının hamısını özümlə gətirmişəm. Qoymadım ermənilərin əlində məhv olsun. On yeddi mindən çox materialı özümlə gətiməyə müyəssər oldum. Həm də ermənilərdə belə bir taktika vardı. Bir kəndi işğal etməmişdən öncə həmin ərazini mərmilərdən atəşə tuturdular. Bir həftədən sonra isə insanların hansı əhval-ruhiyyədə olduğunu yoxlamağa başlayırdılar. Ona görə də ayın 15-dən sonra Cəbrayıl rayonunun aşağı kəndləri boşaldılmağa başlanıldı. Avqustun 23-ü gecəsi artıq erməni tankları və canlı qüvvəsi Cəbrayılın mərkəzinə daxil olmuşdular”x9d.
xa0
“Əlikram Hümbətov yol kəsməklə məşğul idi”x9d
xa0
Tariyel Abbasov həmin vaxtların ordusundan da danışıb.
xa0
““Daşbaşı”x9d postu alınanda Zəngilandan bir korpus gəlib erməniləri zərərsizləşdirmişdi. Lakin ermənilər son anda bizim ordu birləşmələrini geri qaytarmışdı. Ona görə də “ordu yox idi”x9d demək olmur. Sadəcə, idarə etməyə qoymurdular. Pərkəndəlik vardı. Həmin vaxtlar Əlikram Hümbətovun dəstələrini xatırlayıram. Yadımdadır ki, bir dəfə Cəlilabad tərəfə gedirdim. Əlikram Hümbətov da cənubdan idi. Həmin vaxt insanların qarşısını kəsib yoxlayırdılar ki, görsünlər kim hardan gəlib hara gedir. Təbii belə vaxtda özümü saxlaya bilməzdim. Dedim ki, insanlarımız ermənilərlə üz-üzə qalıb. Gedin onları müdafiə edin, dayanıb yol kəsməyin! Təxribat törətməyin!. Təəssüf ki, belə insanlarımız da olub”x9d
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin