Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin 18 şəhərində aparılan araşdırmaya görə, taksi qiymətlərinin ən yüksək olduğu yer İsveçrənin Sürix şəhəridir.xa0
Burada müştəri 3 kilometr məsafə üçün 14.3 avro ödəyir. Eyni məsafə üçün Münihdə 8.9, Berlində 8.7 avro ödənilməlidir. Bu qədər məsafə üçün Frankfurtda taksimetr 8.5 avro yazır. Nyu-Yorkda isə eyni məsafəni 5 avroya getmək olar.
Türkiyənin İstanbul şəhəri sıralamada ən ucuz xa013-cü şəhərdir.
xa0
Moderator.az-ın Bakı şəhərində apardığı araşdırmaya görə, paytaxtımızda 3 kilometr məsafəni müştərilər ən ucuz 1.5 manata gedirlər ki, bu da təqribən 0.75 avro deməkdir. Onda belə çıxır ki, dünyanın ən ucuz taksisi elə Bakı şəhərindədir...





































































































