Yenidən fəaliyyətə başlayacaq "Əbu-Bəkr" məscidi haqda İLGİNC FAKTLAR...

Hazırda oxunan: Yenidən fəaliyyətə başlayacaq "Əbu-Bəkr" məscidi haqda İLGİNC FAKTLAR...

185499
Dini Qurumlar Üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, Əbu-Bəkr Məscidi yenidən fəaliyyətə başlayacaq.xa0

Moderator.azxa0bir daha xatırladır ki, 90-cı illərin sonlarında ölkəmizdə fəaliyyətə başlayan bu məscid Azərbaycanda vəhabilik təliminin əsasını qoyub. Bu məscidə gedən minlərlə gənc saqqal uzadıb, balaqlarını gödəldərək özlərini Azərbaycan cəmiyyətindən təcrid etdi. Onların bəziləri Əfqanıstan, İraq, Çeçenistana gedərək oradakı cihadlara qoşuldu. İlk namazını bu məsciddə qılan mindən çox azərbaycanlı gənc bu gün Yaxın Şərqdəki hansısa müharibədə öldürülüb. Bütün bunlar danılmaz bir fakt olaraq qalır.xa0

Məscid daxilində də hər zaman ziddiyətlər mövcud olub. Belə ki, ibadət ocağında olan bir qrup həmişə cihadın Azərbaycan üçün də vacib olduğunu vurğulayırdı. Onların bir çoxu Azərbaycanda terror aktlarının həyata keçirilməsinin tərəfdarı olublar. Həmin təriqətin tərəfdarları arasındakı mübarizənin pik nöqtəsi 2008-ci ilin yayında baş verdi. Radikallar zöhr namazı vaxtı məscidə RQD qumbarası atdı, nəticədə 2 nəfər həlak oldu. O gündən qapadılan məscidin yenidən açılması gündəmə gəlib.xa0

Moderator.az olaraq aidiyyatı dövlət qurumlarına səslənərək bu tip məsələdə həssas olmağa çağırırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin