Milli Şuranın aprelin 9-na təyin etdiyi mitinqlə bağlı müzakirələr davam edir. Maraqlıdır, indiki dönəmdə belə bir mitinqin keçirilməsi üçün yetərincə sosial sifariş varmı? Əvvəlki aksiyalardan fərqli olaraq, geniş xalq kütlələrinin bu mitinqdə iştirakına şahid olmaq mümkün olacaqmı?
ADR sədrinin müavini Səxavət Əlisoy Moderator.az-a açıqlamasında xalqın heç bir aksiyaya geniş mənada dəstək verməyəcəyini bildirib və bunun səbəblərinə toxunub:

“Təkcə Milli Şuranın deyil, hər hansı bir siyasi qurumun keçirəcəyi aksiyaya dediyiniz "geniş xalq kütləsinin" dəstək verməsi mümkün deyil. Və bunun da iki səbəbi var: 1. Müxalifətdaxili çəkişmələr; 2. Qorxu.xa0
Müxalif düşərgədə baş verən anormallıqlar xalqın onlara olan olan inamının azalması ilə sonuclanıb. Vətəndaşın başında hakim olan qorxu isə onu biganələşdirib. İndi vətəndaş daha çox özü barədə düşünür. Hər hansı bir aksiyaya qatılmaqdansa, evinin içində- sosial şəbəkədə mitinq etməyi, etirazını bildirməyi üstün tutur. Müxalifətdaxili çəkişmələr yoluna qoyulmayınca, ən əsası qorxu aradan qalxmayınca, dəstəkdən söhbət gedə bilməz. Mən belə düşünürəm. Əminəm ki, liderlər də bunu gözəl bilir. Sadəcə, "boygöstərmə" aksiyası düzənləmək olar və buna müsbət yanaşıram. Belə aksiyalar daha çox müxalifətin gücünü cəmiyyətə göstərmək baxımından yadda qalacaq. Hər kəs ən azı hansı gücə, dəstəyə malik olduğunu biləcək. O ki qaldı sosial sifarişə, Azərbaycan hökumətinin son illərdəki siyasəti başdan-başa xalqın etiraz etməsinə rəvac verir. Sadəcə, hökumətin yanlışlarından yararlanan müxalifət ortada yoxdur”x9d.
Seymur Əliyev


































































































