Qərb Universitetində “Nitq, ünsiyyət və təqdimat bacarıqları”x9d mövzusunda təlim keçirilib

Hazırda oxunan: Qərb Universitetində “Nitq, ünsiyyət və təqdimat bacarıqları”x9d mövzusunda təlim keçirilib

171703
Qərb Universiteti tələbələrinin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir.

Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər təşkil edilir. 10.03.2017-ci il tarixində universitetdə növbəti belə təlim baş tutub. “Nitq, ünsiyyət və təqdimat bacarıqları”x9d mövzusunda keçirilən təlimi Təhsil Nazirliyi nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və “Natiqlik məktəbi”x9dnin təlimçisi Tofiq Sadıxov aparıb.

İnteraktiv formada keçən təlimdə təsirli nitqin hazırlanması və auditoriya qarşısında çıxış zamanı nəzərə alınmalı olan məqamlar, nəzəri və praktik biliklər çatdırılıb, müxtəlif simulyasiyalar icra edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin