Saxta pul hazırlayan şəxsə 7 illik həbs cəzası verilib

Hazırda oxunan: Saxta pul hazırlayan şəxsə 7 illik həbs cəzası verilib

163342

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaq və satmaqda təqsirləndirilən Nicat İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

xa0

Hökmə əsasən, N. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

xa0

Qeyd edək ki, N. İsmaylov külli miqdarda saxta ABŞ dolları hazırlamaqda təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 204.1 (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.(apa)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin