Bu müəllimlərin maaşı 40 faiz artacaq - Açıqlama

Hazırda oxunan: Bu müəllimlərin maaşı 40 faiz artacaq - Açıqlama

158679
“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqısında 40 % artım müşahidə olunacaq”x9d.

Moderator.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov diaqnostik qiymətləndirməyə keçidlə bağlı mətbuat konfransında deyib. Bildirilib ki, diaqnostik qiymətləndirmə imtahanlarını keçən müəllimlərin maaşlarında artım olacaq.

Müsabiqədən keçə bilməyən müəllimlər isə təlimlərə cəlb olunacaq: "Yanvarın 1-dən artıq diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq. İlk diaqnostik qiymətləndirmə 21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Komleksində təşkil olunacaq. 3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin, həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin