Hörmətli Moderator.az rəhbərliyi!xa0
Xahiş edirəm bu fəryadımı ictimailəşdirərək baş verənləri cəmiyyətin diqqətinə çatdırasınız.xa0
2015-ci ilin sentyabr ayından mənə borclu olan İlqar Qasım oğlu Vəliyevin axtarışı guya o onlar tərəfindən 6 ay ərzində tapılmır adıyla yaşadığım Nizami rayon Polis İdarəsinə verilmişdi.
Bir neçə dəfə şifahi, bir neçə dəfə yazılı müraciətlərimə tapa bilmirik, müvafiq tədbirlər görülür cavabı almışdım.
Bu ilin oktyabr ayında DİN-ə nazirin qəbuluna bu məsələ ilə bağlı gəlmək istəyimi bildirən müraciətlər yolladım. Əlaqədar şöbə əməkdaşları ilə də danışdım. Düzü DİN Ədliyyə nazirliyi ilə müqayisədə vətəndaş müraciətlərinə həqiqətən böyük diqqət ayırır.Beləcə çox keçmədi, noyabr ayının biri əl telefonuma görünməyən nömrədən zəng gəldi. Danışan adam bildirdi ki, müraciətim diqqətə alınıb.Yaxın günlərdə həll edilməsə qəbula gedərsiz və səhəri günü ”“yəni 02 noyabrın 2016-cı il tarixdə günün birinci yarısında təkrar mənə zəng edən DİN əməkdaşı artıq borclunun Nizami rayonu polis idarəsi əməkdaşları tərəfindən tapıldığını və Sabunçu rayon Məhkəmə İcraçıları İdarəsinə təhvil verildiyini dedi.
Mən bilirdim və İyun ayında AR Ədliyyə Nazirinə müraciətimdə elə həmin ay cənab Fikrət Məmmədovun qəbulunda olarkən onun diqqətinə Sabunçu rayon məhkəməsinin sədrinin danılmaz faktlarla hakimlərə və hətta icra idarəsinə təsir etdiyini çatdırmışdım.
Ancaq nazir qəbulundan sonra da İlqar Abbasovun bizimlə bağlı Məhkəmə İşlərinə müdaxiləsi davam etdi və bu da süni surətdə gizlədilmiş borclunun cəzadan azad olması. Yenidən itirilməsinə hesablanan növbəti problem.
Aydınlıq üçün deyim ki, DİN əməkdaşlarının borclu İlqar Qasım oğlu Vəliyevin məhz mənə borcuna görə axtarış istiqamətində axtarılıb tapldığı barədə DİN-nin Baş Pasport və Miqrasiya İdarəsinin rəisi Arzuman Əliyevin 07.11.2016-cı il tarixli 018.50398/2Q4216 saylı rəsmi məktubu da gəlmişdir.
Buna baxmayaraq Sabunçu Məhkəmə Qərarlarının İcrası İdarəsi Polis əməkdaşlarının tapıb gətirərək təhvil verdiyi cavabdehi ciddi cəzadan kənarda qalması üçün məhkəməyə onun mənə borcu barədə deyil, müddət baxımından yeni, borcun miqdarı baxımından yüngül İş üzrə protokol təqdim etdilər.
Həmin protokol əsasında İşə baxan Sabunçu məhkəməsi hakimi Fəqan Əhmədovun çıxardığı Qərardan bəlli olduğu kimi bu protokolda İlqar Qasımova xəbərdarlıq edildiyi, ondan İzahat alındığı və onun borcunu hissə-hissə verməyi xahiş etdiyi göstərilir.Hakim belə bir təqdimatla baxdığı İşlə bağlı İlqar Vəliyevə 10 gün həbs cəzası vermişdir.
Bu Qərar öz-özlüyündə doğru, humanist mahiyyətdə bir qərardır.Lakin məsələ burasındadır ki, məhkəmə mənim işim üzrə -yəni tapılmayanı tapıb gətirmiş polis xidmətini də qeyd etməklə özü-özünün tərəfkeşliyini, nəticədən
marağını ifadə edir. Çünki əgər cavabdeh 6 ay əvvəl borclu olduğu bu İş üzrə İcra idarəsinə gəlibmişdisə, ondan izahat alınmışdısa və s. bəs niyə onda 1 il yarım axtarışda olduğu İş üzrə ondan izahat alınmamış. Barəsində protokol tərtib edilərək məhkəməyə verilməmişdir?! Hansı məlumat həqiqidir?! Borclu İlqar Vəliyevin tapılmaması yoxsa 6 ay ərzində, yəni 2016-cı ilin aprel ayından bu günə kimi bir neçə dəfə İcra idarəsində olması?..
Bundan başqa icra məmuru Amil Əmirovun icraatında olan bu İşlərə onun səhlənkar əslində göründüyü kimi saxtakar münasibətinin şahidi olduqca ona Etiraz vermişdim.Fakt olaraq Amil Əmirov İlqar Vəliyevin Dövlətə cəriməsini ödətdirmədi. Əgər məhkəməyə verdiyi təqdimatda yazdığı kimi o idarəyə izahat vermək üçün gəlmişdisə, bu cərimə ondan niyə alınmamışdır? Amil Əmirov ciddi-cəhdlə İ.Vəliyevin həyat yoldaşından ayrıldığını deyirdi. “Uzun sürən”x9d tələblərimdən sonra rəsmi cavabı aldı və məlum oldu ki, ayrılmayıb.Amil Əmirov təkidlə bildirirdi ki, sorğu vermişəm, cavab almışam ki, o, heç bir müavinət almır, İŞ ondan alınaraq icra məmuru Virdovsi Vəliyevə verildikdən sonra üzə çıxarıldı ki, alır müavinət.
Bəs bu necə işdir ki, İş ondan alındığı halda məhkəməyə təqdimatı o ”“Amil Əmirov verir? Hər iki İş, yəni həm mənə borc, həm nümayəndəsi olduğum M.Quliyevin İŞİ ondan alınıbsa və F.Vəliyevdədirsə bu məmur deyil, o məmur niyə məşğul olur.
Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, məlumatıma görə məhkəməyə verilmiş Təqdimatda İlqar Vəliyevin hər iki BORCU eyd olunsa da məhkəmə icra məmuru ilə razılığa gələrək Protokoldan daha ciddi vəziyyətli- onun axtarışda olduğu, məcburi gətirildiyi və müqayisədə daha çox Borc məsələsini ÇIXARMAÄžI TAPŞIRMIŞDIR. Əlbəttə belə işlər sadəcə olmur. Bir də mən 5 ildə Sabunçu məhkəməsinin sədri İlqar Abbasovun məhkəmə məsələlərinə ciddi müdaxiləsinin, konkret bizim işlərimiz və konkret İlqar Vəliyevə isti münasibətinin dəlillərlə şahidi olduğum üçün bu məsələyə də onun “çəkicinin”x9d dəydiyini bildirirəm. Axı bu cavabdehin xalası oğlu Zavod direktorudur. Bu kifayət edir ki, onun bu günə kimi üzə çıxmamasının səbəbi aydin olsun... Beləliklə Sabunçu məhkəməsi öz marağını güdərək bizə qarşı növbəti qanuna və ədalətə zidd qərarını qəbul etdi.
Mən də növbəti dəfə Apellyasiya şikayəti verib Polisin İlqar Vəliyevi mənə borcuna görə tapıb təhvil verdiyi halda məhkəmənin başqasının İşi üzrə baxış keçirib cavabdehə yüngül cəza verdiyini əsaslandırdım. Xəbər portallarında haqqında yalnız şikayət dolu yazıların diqqət cəlb etdiyi hakim Camal Ramazanov BAXMADI İŞƏ. 3 DƏQİQƏLİK SUAL CAVAB ETDİ. ƏYNİNDƏKİ HAKİM GEYİMİ QARIŞIQ HAKİM ETİKASINI DA UNUDARAQ ƏLİMDƏ OLAN Etitrazımla bərabər VƏ ÇATDIRIB 2 DƏFƏ “SİZİN BAXDIÄžINIZ 1 İŞDƏN ŞİKAYƏTİM AVROPA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN QƏBUL DA EDİLİB, İNANMIRAM SİZƏ”x9d sözüm havada qaldı. Cavabdehə, həbsdə olana verib aldığı yalana əsaslanıb müşavirəyə getdi.
Yalan nə idi? Cavabdeh hakimi aldatdı ki, mənə borcu İŞİ də artıq məhkəmədədir və başqa hakimdədir ona da baxılacaq... Bu ağ yalandı.Çünki
həbsdən sonra borcluya 10 gün vaxt verirlər . Bundan başqa borclu cavabdeh dedi. Heç hakim olan da 1 il yarım gizlənmiş adama, ölüm işində adı keçərkən verdiyi izahatda olan telefonu vasitəsilə tapılıb tutulmuş şəxsə inanardı?!
Qeyri-təvazökarlıq olsa da hakimin qarşısında Şikayət vermiş alim-ziyalı vardı!.. Amma özmaraq onu elə təsiri altına almışdı ki... Müsəlmanıq.Bu ali qanımızla gələni yalnız ölərkən və yas mərasimlərində xatırlamamalıyıq. Müqəddəs kitabımızı da bəzək üçün evlərimizə, iş yerlərimizə qoymayaq.Məhəmməd Peyğəmbər (s)buyurub ki,”x9dalimin qələminin mürəkkəbi 100 şəhidin qanına bərabərdir”x9d. Baxın alimin qələminə, hətta qələminin mürəkkəbinə dəyər verilib. Hakimin yox! Çünki alim yalan yazmır. Özü də mənim kimi halallığa hər şeyi qurban verib keşməkeşli dürüst yaşamış alim... Peyğəmbər hakim yazsaydı, peyğəmbər olmazdı.Bəs mən alimin yazdığı həqiqətlərlər. maddə-maddə qanunlar niyə əvvəli qanunsuzluqları dövlətin məhkəməsinə 99 faiz ekspansiya etmiş İlqar Abbasovun sədr olduğu , “çəkicinin bütün hakimlərin işlərinə bərk vurulduğu”x9d məhkəmədə saya salınmır?! Bu da müqəddəs peyğəmbərimizin kəlamıdır: “Alim ölər, aləm ölər”x9d. Alimin fiziki ölümündən başqa, mənəvi ölümünə də, ideyalarının, düşüncələrinin məhv edilməsinə də vurğu var bu kəlamda. Alimin fikirləri isə “aləm”x9d ”“müasir anlamda cəmiyyət ideyalarından mütləq olaraq qaynaqlanır və onun tərəqqisi üçündür. Əgər bugünki cəmiyyətimizdə hakimlərdən şikayətçi kütlə varsa elə “alimin ölümüdür”x9d. Alimin məhkəmələrdə nəinki kütlənin, heç özünün belə problemini həll edə bilməməsi də elə “aləmin ölümü”x9d deməkdir. Bu vəziyyət isə bir çox hakimlərin yerlərinin səhv düşməsidir. Seçim ola bilər illər öncə doğru olub. İllər keçib xarakter dəyişikliyi təbii potologiyasına uğrayıb bəziləri. Saf-çürük edilməlidirlər. Bir də hər sahədə attestasiyalar, ciddi təftişlər olduğu halda hakimlər “toxunulmazlıq”x9d daşıyırlar. 5 ildə qarşılaşdığım bir çox hakimin fəaliyyəti toxunulmazlıq baryerini çoxdan keçməyə haqq verir.
... Yadıma Camal Ramazanovun təmsil olunduğu hakim tərkibində olan atalar sözümüzə görə “həm xasiyyəti”x9d Sahibxan Mirzəyev düşdü. Bu adamı mən 25 ildi tanıyıram. 2 qanundan kənar övladını vəzifə-karyera iddialarına qurban verib. Qanunlarımızda valideynlərindən üz çevirən,onlara baxmayan övladlara LƏYAQƏTSİZ deyilir.Bəs övladlarını Sahibxan Mirzəyevin öz ibarəsincə “silənlər”x9d nə adlanır? Məncə LƏYAQƏTSİZ VƏ VİCDANSIZ! Bəs beləsi yaxşı hakim ola bilər?! Bəs beləsi ədalətli Qərar verə bilər?! Təəssüf etdim Sahibxan Mirzəyevin hakim tərkibində olduğu bu hakimlə də bir vətəni, bir həmvətənli adını daşıdığıma.
Apellyasiya Məhkəməsindən çıxıb Məhkəmə Hüquq Şurasına Şikayət etdim. Qurumun İcra aparatının rəhbəri Cavid Hüseynovun qəbulunu gözlədikdə Sabunçu İcra İdarəsinib məmuru ”“ Amil Əmirova zəng etdikdə o məni təkrar aldadaraq bildirdi ki, Sizin Borc məsələsinə 1-ci gün, yəni borclu həbsdən çıxandan sonrakı ilk iş günü baxılacaq.
Bu gün o gün! Birinci gün... Məhkəməyə heç br Protokol verilməmişdir. Borclu yenə itirildi. Unutduruldu DİN-in İlqar Qasım oğlu Vəliyevin mənə borcli olduğu əsası ilə axtarılıb tapılıb təhvil verildiyi faktı...
Bütün bunlar niyə baş verir? Ona görə ki, Ədliyyə sistemində cəzasızlıq hökm sürür. İstər məhkəmələrdə, istərsə də digər istiqamətlərdə qanunsuzluqların bütün siması çox uzaqda deyil, elə internet məkanında, virtual aləmdədir... Hamımız hər gün bu mövzuda çox yazılarla qarşılaşırıq. Cəzalananlarsa çox azdır. Mən Fuad Ələsgərovun, ƏN-nin qəbuluna getdikdə onlarla deyil, yüzlərlə insanın “dad çəkdiyinin”x9d, ah-nalə etdiyinin şahidi olmuşam. Vətəndaşlarımız xarici qurumların qarşısında aksiya keçirirlər. Cəza yoxdur. Elə biri, mənim getdiyim qəbul zamanı Abşeron İcra İdarəsi rəisindən şikayətə gəlmiş çoxsaylı şikayətçidən 2 nəfərini seçdilər. Onlar mənimlə birlikdə 7 adam qəbulu xeyli gözlədikdə bir-birimizin dərdindən xali olduq. Onlar qəbula girib-çıxdıqda bildirdilər k, nazir rəisi işdən çıxaracağına söz verdi. Bəli nazir sözünün üstündə də dayandı çıxardı o pis işləyən rəisi işdən. Ancaq bu adamı digər əmri ilə Sabunçu İcraçılar İdarəsinə təyin etdi. İndi də mən, biz əziyyət çəkirik...
Bütün nazirliklərin mətbuat xidməti var. Onlarla işçi yəni məhkəmələr, hakimlər haqqında olan haqlı şikayətləri məgər medyadan oxumur?.. Bəs niyə cəzalanmır hakimlər?.. Məhkəmə Hüquq Şurasının Əsasları, Hakim Etikası müddəaları kimə tətbiq olunacaq? Bu vəziyyət məhkəmələrin nüfuzunu öldürüb.Cəmiyyətdə məhkəmələrə, hakimlərə inam sıfıra bərabərdir. Rüşvət verməyib narazı olanlar şikayətlənir, ah-nalə edir, rüşvət verənlər ironiya edir...
Amma bir məsələ Qanun, nazir cəza verməyəndə Allah haqlı bəndəsini tək qoymur. O qədər misallar var ki...
Xatirə Quliyeva
Fəlsəfə üzrə elmlər doktoru































































































