Təhsil Nazirliyinə iyul ayında 19 815 müraciət daxil olub

Hazırda oxunan: Təhsil Nazirliyinə iyul ayında 19 815 müraciət daxil olub

146508


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt”x9d xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Moderator.az nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki.Vətəndaşlarla iş bölməsinə 19 815 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 15 212 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox) qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 603 vətəndaşa xidmət göstərilib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 461 sənəd (606 məktub, 526 ərizə, 329 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdən daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 875 zəng) və cümə (3 749 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 257 müraciət) və cümə (1 090 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin