Azərbaycan prezidenti Ərdoğana başsağlığı verib

Hazırda oxunan: Azərbaycan prezidenti Ərdoğana başsağlığı verib

139927
Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Moderator.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım,
İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin