Azərbaycan tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi, substantiv danışıqların başlanmasını gözləyir.
Bunu Prezident İlham Əliyev mayın 27-də “Buta”x9d sarayında Azərbaycanın milli bayramı ”“ Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
"Hesab edirəm ki, Vyana görüşü uğurlu oldu. Biz tez bir zamanda, yubadılmadan çox ciddi, vasitəçilərin dediyi kimi, substantiv, yəni məzmunlu danışıqların başlanacağını gözləyirik", - deyə dövlət başçısı bildirib.
Bununla yaqaşı o qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil.
"Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Başqa yol yoxdur. BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir", - deyə Azərbaycan prezidenti əlavə edib.





































































































