Xalça Muzeyində “Azərbaycan özü bir tarix”x9d adlı tədbiri keçiriləcək

Hazırda oxunan: Xalça Muzeyində “Azərbaycan özü bir tarix”x9d adlı tədbiri keçiriləcək

138517

Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyi şöbəsinin 28 may Respublika gününə həsr edilmiş “Azərbaycan özü bir tarix”x9d adlı tədbiri keçiriləcək. Tədbir 2016-cı il, 28 may tarixdə, saat 15:30-da Muzeyin III mərtəbəsində başlanacaq.

28 may ”“ tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsin”x9ddə Azərbaycanın müstəqilliyi elan edildi. Çünki həmin gün ”“ 1918-ci il mayın 28-də ”“ Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk xalq-demokratik respublika idi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Xalça Muzeyinin elmi işçisi Rəsmiyyə Qarayeva 28 may Respublika gününün xalqımızın tarixindəki əhəmiyyətindən söhbət açacaq.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat çıxış edəcəkdir. Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı, tədqiqatçı yazar Lalə Hüseynova tədbir iştirakçıları qarşısında çıxış edəcək.

Uşaq Muzeyi şöbəsinin hazırladığı proqram tədbir iştirakçılarına təqdim olunacaq. Uşaq Muzeyinin dərnək üzvləri Azərbaycan Xalq Cumhuriyyəti qurucularının aforizmlərdən ibarət kompozisiya, Azərbaycan haqqında vətənpərvərlik mahnıları, “Azadlıq süitası”x9d rəqs kompozisiyası “Mehriban”x9d mahnı və rəqs kollektivi tərəfindən təqdim olunacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin